Salyanın keçmiş başçısının “Azəriqaz”a 70 min borcu ortaya çıxdı — İstixanasına GÖRƏ (EKSKLÜZİV)
Salyan rayon İcra Hakimiyyətinin keçmiş icra başçısı Tahir Kərimovun “Azəriqaz” İstehsalat Birliyinə 70 min manata yaxın borcu ortaya çıxıb.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, sözügedən borc bir neçə il öncədən qalmış və indiyədək ödənilməmiş vəsaitdir.
Sözügedən borc Salyanın Çadırlı kəndi ərazisində Tahir Kərimova məxsus olan 2 hekdardan artıq istixana təsərrüfatına görə yaranıb.
Tahir Kərimov həmin istixana kompleksini Salyan rayon İcra Hakimiyyətinin başçısı olduğu illərdə yaradıb. Sözügedən istixanada xiyar və pomidor sortları becərilir. Hazırda sözügedən istixanaya Tahir Kərimovun sürücüsü olmuş Yusif adlı qohumu nəzarət edir.
Məsələ ilə bağlı Tahir Kərimovun fikirlərini öyrənməyə çalışdıq. Ancaq telefonu bağlı olduğu üçün cəhdlərimiz baş tutmadı.
“Azəriqaz” İstehsalat Birliyinin yeni mətbuat katibi Ceyhun Səfərov isə Demokrat.az-a açıqlamasında bildirib ki, iş gününün sonu olduğu üçün sözügedən borcla bağlı dəqiq fikir bildirmək olmayacaq:
"Bu məsələ ilə bağlı sabah “Azəriqaz” İstehsalat Birliyinin mövqeyini deyə bilərik".

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək