Bakcell ən yüksək nəticə göstərməkdə davam edir
- Bakcell sosial şəbəkələrdə cavablandırılmış müraciətlərə görə ən yüksək nəticə göstərməkdə davam edir.
Azərbaycanın İlk Mobil Operatoru və Ən Sürətli Mobil İnternet Provayderi Bakcell şirkəti abunəçilər tərəfindən “Facebook” üzərindən göndərilən müraciətlərin effektiv cavablandırılmasına görə növbəti dəfə “Socially Devoted” sertifikatına layiq görülüb.
Böyük şirkətlərin sosial şəbəkələrdəki fəaliyyətinin monitorinqini həyata keçirən beynəlxalq “Socialbakers” şirkəti 2019-cu ilin II rübündə daxil olan sorğuların Bakcell tərəfindən 100%-ni cavablandırdığını qeyd edib. Qeyd edək ki, Bakcell cari ilin I rübündə də ən yüksək nəticə göstərərək “Socially Devoted” sertifikatına layiq görülüb. Bakcell şirkəti son bir neçə ildə abunəçi müraciətlərini 100% cavablandıraraq ən yüksək nəticəyə nail olur.
Yüksək keyfiyyətli xidmətin göstərilməsi və müştəri məmnuniyyəti “Bakcell”in fəaliyyətinin prioritet istiqamətlərindəndir. Sosial şəbəkələr məhsul və xidmətlər haqqında məlumatların geniş abunəçi bazasına daha effektiv şəkildə çatdırılması və abunəçilərin suallarının cavablandırılması baxımından “Bakcell”in vacib kommunikasiya vasitələrindən biridir

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək