“10 milyard dollar oğurlandı, amma parlament müzakirə etmədi”
“Biz hesab edirik ki, parlament ölkədə dövlət quruculuğu prosesinə, ölkəmizin qarşısında duran problemlərin həllinə daha çox töhfə verə bilər. Çox təəssüf ki, bizim parlament daha çox qanunvericilik fəaliyyəti ilə məşğul olur”.
Bunu millət vəkili Qüdrət Həsənquliyev musavat.com-a müsahibəsində deyib. O, bildirib ki, parlament təkcə qanunvericilik fəaliyyəti ilə məşğul olmamalıdır. Ölkəmizi narahat edən bu və ya digər məsələlər mütəmadi şəkildə parlamentdə müzakirə olunmalıdır.
Deputat bildirir ki, bəzən hansısa yüksək çinli məmurlarla, bu və ya digər nazirliyin tərkibindəki qanunsuzluqlarla bağlı, yaxud ümumiyyətlə, sosial problemlərlə əlaqədar çox müxtəlif qanun pozuntuları barədə eşidirik: “Amma bu məsələlər parlamentdə müzakirəyə çıxarılmır. Sanki parlamentin buna aidiyyəti yoxdur və bu, icra hakimiyyətinin məşğul olmalı olduğu məsələdir.
Məsələn, iki devalvasiya oldu, parlamentdə bir dəfə müzakirə oldumu ki, bunlar niyə baş verdi və nə etmək lazımdır ki, növbəti dəfə bu kimi hallar baş verməsin? Yaxud vaxtilə MTN-də baş verən hadisələr, sahibkarların təqib olunması, onlardan qanunsuz olaraq vəsait tələb olunması və s.
Və ya Beynəlxalq Bankla bağlı məsələ. 10 milyard dollardan artıq vəsait oğurlandı, bizim pulla 17 milyard manat edir. Bu qədər vəsaitin oğurlanmasını parlament müzakirəyə çıxartdımı? Müvafiq vəzifəli şəxslər dəvət olundumu ki, parlamentə gəlin, hesabat verin, görək bunlar niyə baş verib? Ona görə də çox təəssüf ki, parlament yalnız qanunvericilik fəaliyyəti ilə məşğul olur. Parlamentin vəzifəsi ancaq bundan ibarət deyil. O baxımdan, əlbəttə, mən ümumən parlamentin fəaliyyətindən narazıyam”.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək