Məktəblilər “Bakcell”in qonağı oldu
Azərbaycanın ilk mobil operatoru və ən sürətli mobil internet provayderi “Bakcell” şirkətinin ofisində “Dərs Evi” tədris mərkəzinin keçirdiyi “Yaaay!” proqramının iştirakçıları ilə görüş keçirilib.
Proqramda iştirak edən məktəblilər “Bakcell” şirkətinin Əlaqə Mərkəzinə səfər edib, 7x24 rejimində fəaliyyət göstərən mərkəzin iş prinsipi ilə tanış olub, operatorların abunəçilərlə danışığını izləyib, abunəçilərlə ünsiyyət qaydaları barədə məlumatlandırılıblar. Əlaqə Mərkəzinin əməkdaşları onların çoxsaylı suallarını cavablandırıb.
Yüksək keyfiyyətli xidmətin göstərilməsi və müştəri məmnuniyyəti “Bakcell”in fəaliyyətinin prioritet istiqamətlərindəndir. “Bakcell” abunəçiləri “555” Əlaqə Mərkəzinə zəng vurmaqla və ya “Mənim Bakcellim” mobil tətbiqetməsindən istifadə etməklə öz mobil nömrələri ilə bağlı bir çox əməliyyatları həyata keçirə bilərlər.
Məktəblilərə peşə seçimində dəstək göstərmək məqsədi daşıyan “Yaaay!” proqramı çərçivəsində VIII-XI sinif şagirdləri IT, incəsənət, səhiyyə, mühəndislik, təhsil, aqro-biznes, maliyyə, nəqliyyat, telekommunikasiya, inşaat, turizm və otelçilik sahələrində fəaliyyət göstərən şirkətlərə səfər edib, onların iş prosesi ilə yaxından tanış olub özlərini bu peşələrdə sınamaq imkanı əldə edirlər.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...