Bakıya yeni liftlər gətirildi
- 9-07-2019, 10:45
- 729
Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən daxil olan xəbərə görə, müqavilə əsasında bu ilin sonuna kimi 542 liftin Bakıya gətirilməsi nəzərdə tutulub.
Hazırda 63 ədəd lift gətirilib və paytaxtın Nizami rayonunda quraşdırılmasına başlanır. İlin sonuna kimi bütün liftlərin gətirilməsi və quraşdırılması həyata keçiriləcək.
Liftlərin birinci hissəsi Nizami rayonu, Qara Qarayev prospekti 47 ünvanında yerləşən 10 bloklu, 9 mərtəbəli yaşayış binasında quraşdırılmağa başlanılıb.
Həmçinin, Bakı şəhəri üzrə çoxmərtəbəli binalarda istismar müddəti ötmüş liftlər də dəyişdiriləcək.