Valideynlərə şad xəbər - İnternetdə filtrləmə imkanı
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Bakı Telefon Rabitəsi İstehsalat Birliyi (BTRİB) müxtəlif yaş qruplarına aid istifadəçilər üçün “Təhlükəsiz internet” adlı layihəyə başlayır.
RYTN-dən verilən məlumatda bildirilir ki, müasir dövrdə informasiya-kommunikasiya texnologiyalarının geniş tətbiqi və sürətli inkişafı nəticəsində internet insan fəaliyyətinin bütün sahələrinə nüfuz edib.
“Nəhəng informasiya resursu rolunu oynayan interneti heç də hər zaman faydalı məlumat mənbəyi hesab etmək olmaz. Virtual mühitdə zərərli məlumatlarla qarşılaşmaq qaçılmazdır. Bunu nəzərə alaraq, istifadəçiləri İnternet təhlükələrindən qorumaq məqsədi ilə “Bakinternet” abunəçilərinə geniş seçim imkanları yaradan filtrləmə xidməti istifadəyə veriləcək. Bu xidmət fəal veb istifadəçiləri olan uşaq və yeniyetmələrin təlim-tədris prosesində, eləcə də gənclərin tədqiqat fəaliyyətində informasiya axınının təhlükə dərəcəsini qiymətləndirməyə, şəbəkənin faydalı tərəfini önə çəkməyə imkan verəcək.
BTRİB-in təqdim etdiyi xidmət nəticəsində valideynlər, azyaşlılara ciddi psixoloji zərər yetirə biləcək zorakılıq, irqçilik, ekstremizm və aqressivlik təbliğ edən oyun, film və digər kontentlərin əks olunduğu saytlara nəzarət edə biləcəklər. Təhlükəsiz internet layihəsinin tətbiqi ilə nəinki azyaşlıların, eləcə də böyüklərin arzuolunmaz məzmunlardan, videoreklamlar, fişinq və viruslu saytlardan qorunması mümkün olacaq”.
Nazirlikdən bildirilib ki, layihə barədə daha ətraflı məlumat yaxın günlərdə ictimaiyyətə açıqlanacaq.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...