Bakıda “çimərlik pulludur” lövhələri yığışdırıldı
Bakı Şəhər İcra Hakimiyyəti çimərliklərlə bağlı hərəkətə keçib.
Paytaxtın müxtəlif yerlərindən İH-yə siqnal və şikayətlər daxil olub. Buna görə qurumun Ticarət və Xidmət Departamenti bu gün səhər saatlarında reydlərə başlayıb.
İlk olaraq Şıx çimərliyinə baxış keçirilib. Orada vətəndaşların dəniz çimərliyinə daxil olması üçün qoyulan maneələr – qapı, şlaqbaumlar götürülüb. Avtomobillərin və insanların əraziyə daxil olması üçün tələb qoyulan qiymət lövhələri yığışdırılıb. Sahibkarlara bu barədə xəbərdarlıq olunub. Yaxın günlərdə çimərlik zonalarında dəniz çimərliyinə girişin pulsuz olması barədə elan lövhələri quraşdırılacaq.
Qeyd edək ki, bu, özəl çimərliklərə aid deyil.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...