SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » "Yanğından mühafizə sahəsində çox böyük problemlər mövcuddur" — Partiya sədri FHN-i "TOPA TUTDU"

"Yanğından mühafizə sahəsində çox böyük problemlər mövcuddur" — Partiya sədri FHN-i "TOPA TUTDU"

Tarix:

23-06-2019, 14:57

/ 1 087 dəfə oxundu.
"Yanğından mühafizə sahəsində çox böyük problemlər mövcuddur" — Partiya sədri FHN-i "TOPA TUTDU"

"Son vaxtlar Bakı şəhərinin mərkəzi ərazilərində tez-tez belə yanğınların baş verməsi heç də yaxşı əlamət deyil"

Bu fikirləri Demokrat.az-a açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu bildirib.

S.Cəlaloğlu deyib ki, hətta, bu cür hadisələr təbii şəkildə belə baş verirsə, bu, paytaxtın yanğınlardan sığortalanmadığını göstərir:

"Ona görə də tez-tez bu cür və ya ağaclar olan ərazilərdə yanğınlar törədilir. Yaxud da bu baş verir. Bunun çox böyük ağır nəticələri ola bilər. Görünür, ayrı-ayrı qüvvələr bu cür yollarla təxribatlar hazırlayıb öz məqsədlərinə çatmaq istəyirlər. Baş verən bu cür hadisələrin kökünü araşdırmaq lazımdır. Ola bilsin ki, həmin ərazilərə kimlərsə göz tikiblər və ona görə də ağacları yandırıb, bir müddət sonra da orada binalar tikəcəklər. Biz buna bənzər hallarla çox rastlaşırıq. Dəfələrlə eşidirik ki, Bakının filan rayonunda ağacların dibinə yandırıcı maddə tökərək, onu qurudublar. Sonra isə həmin ərazilərdə binalar tikilməyə başlayır".

Partiya sədri bu cür yanğınlara qarşı mübarizədə Fövqəladə Hallar Nazirliyinin yarıtmaz fəaliyyətini də tənqid edib:

"Əgər bu gün şəhərin mərkəzində yanğınlar baş verirsə, görünür yanğından mühafizə işi qaydasında deyil. Bu sahədə çox böyük boşluqlar və problemlər mövcuddur. Hesab edirəm ki, müvafiq nazirliklər bu məsələni ciddi araşdırmalıdır. Müəyyən olunmalıdır ki, şəhərin mərkəzində yanğınlar niyə belə tez-tez baş veririr. Axı birdən-birə necə olur ki, eyni ərazidə ard-arda yanğın baş verir? Bu məsələdə birinci cavabdeh qurumlar, həmçinin FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətidir. Bu qurumlar araşdırma aparıb cavab veməlidirlər. Əgər yanğınlar qəsdən törədilirsə, onlar araşdırılıb cəzalandırılmalıdır".

Demokrat.az

Şərhlər

XƏBƏR LENTİ