Bəybala Hüseynov və dəstəsi polkovnikin torpağını necə satıb?
Səbail rayonu, Badamdar qəsəbəsi, Neftçilər küçəsi 3, mənzil 14-də yaşayan Hürnisə Bağırova cumhuriyyet.az saytına müraciət edərək, onlara məxsus torpaq sahəsinin bir dəstə dələduz tərəfindən saxta yollarla mənimsənilməsindən şikayət edib.
Bildirib ki, torpağının sənədləşdirilməsi üçün 10 ildən artıqdır müvafiq orqanlara etdiyi müraciətlər cavabsız qalıb. Şikayətçinin bu işdə əsas gühahkar hesab etdiyi Badamdar Bələdiyyəsinin sədri Bəybala Hüseynov işdən kənarlaşdırılsa da, məsələ öz həllini tapmayıb.
Mərhum ədliyyə polkovniki Şahkişi Bağırovun həyat yoldaşı olan Hürnisə Bağırova həmin torpaqdan 1996-cı ildən bu yana bağ-bostan sahəsi kimi istifadə etdiklərini bildirib. Ancaq sonradan bu torpaq sahəsini saxta sənədlə özəlləşdirib satıblar.
rHürnisə Bağırova bununla bağlı şikayət etsə də, bu saxtakarlığı həyata keçirən Zaməddin Musayev, Bəybala Hüseynov və digər şəxslər barəsində hər hansı tədbir görülməyib. Bu da Badamdar qəsəbəsində saxta yollarla başqalarının torpaqlarını özəlləşdirib, sonradan 150 000-200 000 manata satan dəstənin fəaliyyət göstərdiyinə dair iddiaların həqiqəti əks etdirdiyini təsiqləyir. Hansı ki, Badamdar Bələdiyyəsinin rəhbər şəxslərinin iştirakı olmadan belə işləri həyata keçirmək qeyri-mümkündür…
Bəs hüquq-mühafizə orqanları bu dəstə ilə bağlı niyə tədbir görmür? Şikayətçi Hürnisə Bağırova da bu suala cavab axtarır.


Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...