“McDonalds”da zəhərlənmə - DİQQƏT / FOTO
Azərbaycandakı "McDonalds” restoranlar şəbəkəsi ilə bağlı daha bir xoşagəlməz fakt qeydə alınıb.
Bu barədə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbəsi Səid Paşayev məlumat verib. Bildirib ki, 16.03.2017-ci il tarixində şəbəkənin 28 mall ticarət mərkəzində yerləşən filialında 1 manat 50 qəpiyə qamburger, bundan əlavə qızardılmış kartof alıb, yeyib. Daha sonar isə axşam saatlarına yaxın özünü pis hiss edib və Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb. Xəstəxanada ona qida mənşəli kəskin allergik reaksiya diaqnozu qoyulub: "Soruşdular ki, nə yemisən, dedim qamburger. Ondan başqa da heç nə qəbul etməmişəm. Dedilər ki, ondan zəhərlənmisən. Bir neçə saat xəstəxanada qaldım, mədəmi yudular. Ondan sonra evə buraxdılar. Kartofdan şübhələnmirəm düzü. Çünki kartof yeni qızardılır. Amma qamburgeri yeyəndə həqiqətən də nəsə tam hiss elədim. Özüm də bşa düşdüm ki, nəsə başqa bir dad var. Amma çox fikir vermədim. Ac idim, yedim və getdim. Axşama yaxın isə mədəm çox pis oldu. Özümü pis hiss etməyə başladım və təcili xəstəxanaya çatdırıldım”.
Məlumat üçün bildirək ki, bu "McDonalds”la bağlı ilk şikayət deyil. Bundan əvvəl də bir neçə dəfə mətbuatda "McDonalds”dakı məhsulların keyfiyyətsizliyi ilə bağlı yazılar dərc edilib.
BakiPost





Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...