SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Ramil Usubov saxta vəsiqə satan polkovniki qovdu

Ramil Usubov saxta vəsiqə satan polkovniki qovdu

Tarix:

30-05-2019, 16:37

/ 965 dəfə oxundu.
Ramil Usubov saxta vəsiqə satan polkovniki qovdu

Azərbaycanda polis rəisi xidməti fəaliyyətində yol verdiyi ciddi nöqsanlara görə vəzifəsindən uzaqlaşdırılıb.

“Qafqazinfo”nun hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, Daxili İşlər naziri Ramil Usubovun əmri ilə Tovuz rayon Polis Şöbəsinin Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi Qrupunun baş inspektoru, polis polkovnik-leytenantı Kamil Quliyev daxili işlər orqanlarında xidmətdən xaric olunub.

Nazirliyin aidiyyatı xidməti tərəfindən aparılan yoxlama nəticəsində K. Quliyevin mövcud qanunvericiliyin tələblərini kobud şəkildə pozduğu müəyyənləşib.

Məlumata görə, K.Quliyev 10-dan çox xarici vətəndaşa saxta yolla Azərbaycan dövlətinə məxsus şəxsiyyət vəsiqəsi verib.

Şərhlər

XƏBƏR LENTİ