ƏƏSMN daha 90 nəfər əlilliyi olan şəxsi istirahət mərkəzinə göndərib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əlilliyi olan şəxslərin istirahətinin təşkili sahəsində görülən işlərin davamı kimi, daha 90 nəfər Lənkəran rayonundakı istirahət mərkəzinə göndərilib.
Həmin əlilliyi olan şəxslər sosial cəhətdən həssas qrupların sosial müdafiəsinin gücləndirilməsinə göstərilən yüksək diqqət və qayğıya, həmçinin onlara istirahət etmək imkanının yaradılmasına görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.
Əlilliyi olan şəxslərin istirahətinin təşkili nazirliyin “2019-cu il üçün əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı”na əsasən təşkil olunur.
Bu il 1200 nəfərdən çox əlilliyi olan şəxsin ölkənin istirahət mərkəzlərində 10 gün müddətində istirahətinin təşkili nəzərdə tutulub. Bu ayın ortalarından başlayaraq onlardan artıq 180 nəfər Lənkəran rayonundakı istirahət mərkəzinə yola salınıb.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...