SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Ömər Eldarovdan növbəti bəhanə - Təhsil Nazirliyi pul ayırıb

Ömər Eldarovdan növbəti bəhanə - Təhsil Nazirliyi pul ayırıb

Tarix:

29-05-2019, 16:00

/ 898 dəfə oxundu.
Ömər Eldarovdan növbəti bəhanə - Təhsil Nazirliyi pul ayırıb

Xəbər vermişdik ki, Azərbaycan Rəssamlıq Akademiyasında dünya və Avropa çempionlarına qarşı hörmətsizlik edilib. Muay-Tay üzrə milli komandanın böyük məşqçisi Şəhriyar İsayevin bildirdiyinə görə, Rəssamlıq Akademiyası idmançıları öz qurduqları zalı tərk etməyə məcbur edib. Unikal.org-un məlumatından sonra rektorluq idmançılara bildirib ki, akt zalı üçün yox təmir üçün onların çıxmasını tələb ediblər.

Şəhriyar İsayev Unikal.org-a növbəti açıqlamasında vurğulayıb ki, bu da onların növbəti bəhanəsidir:

"Rəssamlıq akademiyasının Rektoruna rəsmi müraciət etmişdik ki, 1 il möhlət versin. Bildiyiniz kimi bizə demişdilər akt zalı edəcəyik. Ancaq yazıdan sonra cavab məktubunda "təmir edirik" yazırlar. Ancaq biz dəfələrlə bildirmişik ki, təmir etməyə hazırıq və bundan ötrü o qədər tonlarla avadanlığı çölə atmayaq.

Görünür hər dəfə bəhanə dəyişir. Təmir bəhanədir . Bizi çıxartmaq istəyirlər. Əvvəl deyirdilər Təhsil Nazirliyi pul ayırıb akt zalı edirik. Sizin yazıdan sonra təmiri bəhanə edirlər.

Həqiqətən akt zalına pul ayrılıb yoxsa təmirə, dəqiq bilmirik. Bilinən odur ki, bəhanə ilə zalı boşaltdırmaq istəyirlər. Əgər əvvəl akt zalı olacağını deyirdilərsə sonra rəsmi məktubda təmir ediləcəyini yazırlarsa deməli əsas məqsəd başqadır.

Ola bilər ki, həmin zalda başqa kiminsə gözü var".

Qeyd edək ki, 2016-ci ildən Rəssamlıq Akadamiyasının idman zalında Muaytay və Uşu Federasiyalarının milli komandaları, karateçilər, MMA döyüşçüləri və bir çox idmançılarımız məşq edir. Həmin idmançılar dünya, Avropa çempionları, İslamiada medalçıları və prezident mükafatçılarıdır.

Şərhlər

XƏBƏR LENTİ