“Erkən nigah və işsizlik insan alverinə şərait yaradan səbəblər kimi” mövzusunda tədbir keçirilib
Hacıqabul rayonunda “Erkən nigah və işsizlik insan alverinə şərait yaradan səbəblər kimi” mövzusunda maarifləndirmə tədbiri keçirilib.
Tədbir Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun İnsan Alveri Qurbanlarına Yardım Mərkəzi və nazirlik yanında Dövlət Məşğulluq Xidmətinin Hacıqabul rayon Məşğulluq Mərkəzi tərəfindən təşkil olunub. Ümumtəhsil məktəblərinin psixoloqlarının, gənclərin, sosial işçilərin və b. iştirak etdiyi tədbirdə mövzu ilə bağlı müzakirələr və maarifləndirmə aparılıb.
İnsan alveri anlayışı, onun növləri, insanların hansı hallarda insan alveri qurbanına çevrildiyi, habelə insan alveri ilə mübarizə formaları və s. barədə ətraflı məlumatlar verilib. İnsan alveri qurbanlarının, eləcə də potensial qurbanlarının (insan alveri təhlükəsi ilə üzləşmək riski olan şəxslərin) cəmiyyətə fəal inteqrasiyasında onların məşğulluğunun təmin olunmasının da xüsusi önəm kəsb etdiyi vurğulanıb. Həmin şəxslərin əmək bazarına çıxışının dəstəklənməsi, habelə onların əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığı kurslarına cəlb olunması, məşğulluq problemlərinin həlli istiqamətində görüləcək işlər müzakirə olunub.
AZƏRBAYCAN RESPUBLİKASI
ƏMƏK VƏ ƏHALİNİN SOSİAL MÜDAFİƏSİ NAZİRLİYİNİN
İCTİMAİYYƏTLƏ ƏLAQƏLƏR VƏ KOMMUNİKASİYA ŞÖBƏSİ

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...