SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Yaxşı həkimlərimiz çoxaldıqca xəstələrin xaricə üz tutmalarına ehtiyac olmayacaq

Yaxşı həkimlərimiz çoxaldıqca xəstələrin xaricə üz tutmalarına ehtiyac olmayacaq

Tarix:

9-05-2019, 10:53

/ 960 dəfə oxundu.
Yaxşı həkimlərimiz çoxaldıqca xəstələrin xaricə üz tutmalarına ehtiyac olmayacaq

Ruslan Qüdrətov məhz öz işinə təkcə qazanc üçün baxmadığından,insani keyfiyyətləri üstün tutduğundan həmişə ona inanıb müraciət edən pasientlərin tez bir zamanda sağalmasını öndə tutur

Azərbaycanda ,bütün dünyada olduğu kimi bir çox kişilər müxtəlif kişi cinsiyyət sistemi xəstəliklərindən -prostatit, prostatın adenoması, impotensiya və digər ereksiya pozulmaları, kişi sonsuzluğu və s. şikayət edirlər. Son vaxtlar Azərbaycanda kişilər ən çox prostat vəzi xəstəliyindən şikayət edirlər. Bu xəstəlik cavanlaşan xəstəliklər sırasındadır.Ümumiyyətlə bu sahə ilə məşğul olan sahə andrologiya adlanır. Androloq - (əslində belə bir bölmə dünyadan yığışdırılır Uroloq- androloq olaraq deyilir) kişi cinsiyyət sistemi xəstəliklərini (prostatit, prostatın adenoması, impotensiya və digər ereksiya pozulmaları, kişi sonsuzluğu və s.) müalicə edir. Bu sahə bizdə nisbətən az öyrənilsə də sevindiricidir ki,artıq yaxşı həkim-mütəxəssislərimiz,kadrlarımız yetişib ki, bununla da kişi cinsiyyət sistemi xəstəliklərindən əziyyət çəkən xəstələrin daha mütləq xaricə üz tutmalarına ehtiyac qalmır.Belə mütəxəssislərimizdən biri də ,insanların etimadını qazanmış ,gənc olmasına baxmayaraq biliyi ilə çalışdığı tibb sahəsində bir sıra yeniliklərə imza atmış,bundan başqa dəyərli insan olan, özünü yaxşı həkim-mütəxəssis kimi göstərən Uroloq-androloq Ruslan Qüdrətovdur. Milana Hospital-da çalışan Ruslan Qüdrətov daima urologiyada axtarışlar edir və öz işinə sevgi ilə yanaşır.
Qısa arayış verək ki, Ruslan Qüdrətov 2010-cu ildə Azərbaycan Tibb Universitetini bitirib.2012-Cİ ildə Türkiyədə 9 Eylül Universitetində andrologiya,2014-cü ildə isə Moskvada sonsuzluq üzrə tam kurs keçib.Androloji və uroloji xəstəliklər sahəsində ixtisaslaşıb.

Ruslan Qüdrətov məhz öz işinə təkcə qazanc üçün baxmadığından,insani keyfiyyətləri üstün tutduğundan həmişə ona inanıb müraciət edən pasientlərin tez bir zamanda sağalmasını öndə tutur.Buna görə də şərəfli həkim peşəsinin sahibi olan Uroloq-androloq Ruslan Qüdrətov insanların rəğbətini qazanmaqda davam edir. Ruslan Qüdrətova öz işində daha böyük uğurlar və nailiyyətlər arzulayırıq!

Şərhlər

XƏBƏR LENTİ