Səyyar qeydiyyat xidmətləri Hacıqəhrəmanlı qəsəbəsində göstərilir
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən ölkə üzrə kənd və qəsəbələrdə sosial kampaniyaların keçirilməsi ilə daşınmaz əmlakın qeydiyyatı xidmətləri vətəndaşlara daha rahat formada göstərilir.
“Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” aksiyası 8-10 may tarixlərində Şirvan şəhəri, Hacıqəhrəmanlı qəsəbəsində keçiriləcək. Çevik müraciət və əlçatan xidmətlərdən yararlanmaq istəyən sakinlər saat 09:00-dan 17:00-dək səyyar xidmət avtobusuna yaxınlaşa bilər.
Mobil ofisdə yaşayış evləri, bağ evləri, həyətyanı torpaq sahələri, qeyri-yaşayış sahələri və digər daşınmaz əmlakların qeydiyyatı üçün sənədlərin toplanması, texniki pasportların verilməsi kimi xidmətlər göstərilir. Kampaniya çərçivəsində əhalinin qeydiyyat ilə bağlı maarifləndirilməsi də həyata keçirilir. Belə ki, sakinlərə xidmət prosedurları, tələb olunan sənədlər, dövlət rüsumu və xidmət haqqı ilə bağlı məlumat verilir, hüquqi yardım göstərilir. Eyni zamanda, vətəndaşlar elektron çıxarışa tam keçid barədə maarifləndirilir, elektron çıxarışların üstünlükləri, istifadə qaydaları izah olunur.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...