DYPŞ polis mayoru Namik Məmmədov vətəndaşın hüquqlarını pozması iddiası ilə nazirə müraciət edildi - FOTO
- 6-05-2019, 10:49
- 1 460
Bakunews.az-a verilən məlumatlarda qeyd edilib ki, Yasamal rayon DYPŞ polis mayoru Namik Məmmədov tərəfindən hüququ pozulmuş şəxs məhz Sadıqov olmayıb. Qəza baş verdikdə hər iki tərəf (qəza törədənlə, qəzaya düşən) Namik bəyin barmaqla işarəsini (qəzaya düşən, günahı olmayan sürücü) anlamadıqda, Sadıqovun düşdüyü durumdan pis duruma düşməklə üzləşməkdədir.
Yasamal rayon DYPŞ qeydə aldığı 04.04.2019-cu il tarixdində saat 15:45 baş vermiş qəzanın yəni İnzibati xətalar haqqınProtokolda göstərilən bəndlərdə belə xətalara yol verilib. Hadisənin şahidləri dindirilmədən qərar verilərək günahkar olaraq M.Sadıqov qeyd edilib. Əgər həqiqətdə günahkar M.Sadıqov idisə niyə 3 gün müddətində Sadıqov idaərəyə gedib gəlmək məcburiyyətində qalıb. Hər dəfəsində isə Namik Məmmədov onun avtomobilinin bahalı və nömrəsinin isə kimlərə məxsus olmasından söz açıb - deyə vətəndaş sual edir. Haqlı olduğun iddia edən vətəndaş qəza zamanı ərazidə şahidlərin olduğunu amma heç birinin dindirilmədiyini protokolda həmin hissənin boş saxlanıldığını qeyd edib. Xəta baş vermə nəticəsi Protokolda belə öz əksini tapmamaqdadır. Həmçinin vətəndaşa Protokol məh üç gün keçdikdən sonra belə təqdim edilməyib. 04.04.2019-cu il tarixində baş verən qəzanın Protokolu M.Sadıqovun şəxsi tələbi əsasında 27.04.2019-cu il tarixində israr etdikdən sonra Yasamal rayon DYPŞ polis mayoru Namik Məmmədov tərəfindən verilmişdir.
Müraciəti olduğu kimi sizlərə təqdim edirik:
"Hörmətli Nazir!
Yazıb diqqətinizə çatırmaq istəyirəm ki, 04.04.2019-cu il tarixində şəxsim tərəfindən idarə etdiyim 44-BU-444 dövlət qeydiyyat nişanlı “Audi Q7” markalı avtomobilə hərəkətdə olan zaman qəza hadisəsi baş vermişdir. Qəzanın yaranmasına isə qarşı tərəf şərait yaratmış qaydalara riayət etməmiş və bunun səbəbindən avtomobilimə külli miqdarda zərər vurmuşdur. Qəza baş verdikdən dərhal sonra 902 qaynar xəttinə zəng edərək hadisə ilə bağlı məlumat vermişəm. Hadisə yerinə gələn DYP inspektoru hadisənin günahkarının məhs qarşı tərəf olan və sağ tərəfi buraxmalı olduğu halda buraxmayaraq qəza yaradan Ziya adlı şəxsin idarə etdiyi Mersedes markalı avtomobildə olduğunu qeyd edərək Yasamal Rayon Dövlət Yol Polis idarəsində mayor Namiq adlı şəxsə yaxınlaşmağımız bildirildi. 05.04.2019-cu il tarixində yaxınlaşdığımız idarədə üz-üzə gəldiyim hal qənait bəxş olsada sonradan baş verənlər məni şoka saldı. 3 gün müddət keçdikdən sonra Qəza xidmət rəisi olan Namiq adlı dövlət quluqçusunun hərəkətləri məni çox məsuy edib. DYP idarəsinin qəzalarla bağlı şöbəsində Namiq müəllimin məni get-gələ salmasından sonra guya hadisə yerinə baxış keçirdiyini və qəzada günahkarın mən olduğu qənaitinə gəldiklərini bildirdilər.
Hadisə yerinə gələn inspektorunda bildirdiyi kimi günahkar olan Ziya adlı vətəndaşın icbari sığortasının qeydlərin götürməsi və hadisədə Mersedes markaləı avtomobilin günahkar olduğu 3 gün dildən düşməyən mövzu idi. Amma nə baş verdisə namiq müəllimin mənə necə edək deyərək barmaqlarını biri-birinə sürərək maddiyat işarəsi verməsindən sonra oldu. Günahım olmadığı halda məndən qarşılığında rüşvət gözləyən məmura rüşvət vermədiyim üçün sonda avtomobilimə dəymiş 4000 (dörd min) manat zərəri özüm ödəmək məcburiyyətində qalmışam. Şəxsimə qarşı edilmiş qanun pozuntusuna görə, adiyyatı üzrə məsələnin araşdırılmasını sizdən xahiş edir və yüksək diqətinizə ərz edirəm.
İmza: M.Ə.Sadıqov "
P.S. İlk öncə vətəndaşın göndərdiyi və verdiyi məlumatın qeyd dildiyi Yasamal rayon DYPŞ rəisi ilə əlaqə saxlamağa cəhd etdik amma rəis telefonlarımıza cavab verilmədi.
Yazıda adları keçən şəxs və qurumların mövqeyni dinləməyə hazırıq.
BakuNews.Az