SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » DYPŞ polis mayoru Namik Məmmədov vətəndaşın hüquqlarını pozması iddiası ilə nazirə müraciət edildi - FOTO

DYPŞ polis mayoru Namik Məmmədov vətəndaşın hüquqlarını pozması iddiası ilə nazirə müraciət edildi - FOTO

Tarix:

6-05-2019, 10:49

/ 1 449 dəfə oxundu.
DYPŞ polis mayoru Namik Məmmədov vətəndaşın hüquqlarını pozması iddiası ilə nazirə müraciət edildi - FOTO

Bakunews.az məktubla müraciət edən Masallı rayon Xıl kənd sakini Sadıqov Mirkamran Əlövsət oğlu başına gələn qanunsuz hərəkətlərdən bəhs edib. O qeyd edir ki, Yasamal rayon DYPŞ polis mayoru Məmmədov Namik Nemət oğlu onun hüquqlarını kobud şəkildə pozmuş və onun mülkünə dəymiş külli miqdarda vəsaitin icbari sığorta tərəfindən ödənilməsinə maniə yaratmışdır. Məsələni izah edərkən qeyd edib ki, Namik Məmmədova gedib şikayət edəcəm sənin əməlindən dedikdə isə o kimə istiyirsən ged de. İstiyirsən bizdə bərk yazanlarda var verim sənə onlara hara istiyirsən şikayətini yazdır deyə vətəndaşa reaksiya verdiyini qeyd edib. Mirkamran Sadıqovun rayondan Bakıya qonaq gəldiyi günü, düşdüyü qəzada 4000 manat məbləğində ziyanın ödənilməsinin təmin edilməməsinin səbəbkarı olaraq göstərməkdədir. Vətəndaş M.Sadıqov Ölkə rəhbəri İlham Əliyevə, Daxili İşlər Naziri Ramil Usubova media vasitəsi ilə müraciət edərək Hüquqlarının bərpa edilməsini xahiş edir. O həmçinin cənab Ramil Usubovdan Namik Məmmədovun qanunsuz yazısına necə pozu olmadığını xəbər almaq istədiyinidə qeyd edib. Beləki, Yasamal rayon DYPŞ polis mayoru N.Məmmədov vətəndaşa mənim yazdığımı heç kim poza bilməz deyə qeydlərdə edib. Görünən odur ki, Namik müəllim bir anlıq Daxili İşlər Nazirliyinə tabe olduğunu unudaraq bağdad xəlifəsi olduğunu zənd edərək qərarların yalnız onun imzası ilə təsdiqləndiyini sanır. Vətəndaşın verdiyi məlumatda isə üç gün tamam Yasamal rayon DYPŞ polis mayoru tərəfindən haqqlı olduğu qeyd edilməsinə baxmayaraq rüşvət tələbinə yox cavabı onu haqsız duruma salıb. Haqsız olmadığını və qərardan Hörmətli Nazirimizə müraciət edəcəyin dedikdə belə kobud şəkildə cavablar aldığından həm rəsmi Nazirimizə həm də Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə məktub ünvanlayıb. Bir aydan artıqdır ki, idarəsində olan bahalı avtomobilə dəymiş ziyanları şəxsi büdcəsindən düzəltmək məcburiyyətində qalan M.Sadıqov Namik Məmmədovun qanunsuz əməllinə hüquqi qiymət verilməsini o cümlədən mülkiyyətinə dəymiş ziyanın ödənilməsini xahiş etməkdədir.

Bakunews.az-a verilən məlumatlarda qeyd edilib ki, Yasamal rayon DYPŞ polis mayoru Namik Məmmədov tərəfindən hüququ pozulmuş şəxs məhz Sadıqov olmayıb. Qəza baş verdikdə hər iki tərəf (qəza törədənlə, qəzaya düşən) Namik bəyin barmaqla işarəsini (qəzaya düşən, günahı olmayan sürücü) anlamadıqda, Sadıqovun düşdüyü durumdan pis duruma düşməklə üzləşməkdədir.

Yasamal rayon DYPŞ qeydə aldığı 04.04.2019-cu il tarixdində saat 15:45 baş vermiş qəzanın yəni İnzibati xətalar haqqınProtokolda göstərilən bəndlərdə belə xətalara yol verilib. Hadisənin şahidləri dindirilmədən qərar verilərək günahkar olaraq M.Sadıqov qeyd edilib. Əgər həqiqətdə günahkar M.Sadıqov idisə niyə 3 gün müddətində Sadıqov idaərəyə gedib gəlmək məcburiyyətində qalıb. Hər dəfəsində isə Namik Məmmədov onun avtomobilinin bahalı və nömrəsinin isə kimlərə məxsus olmasından söz açıb - deyə vətəndaş sual edir. Haqlı olduğun iddia edən vətəndaş qəza zamanı ərazidə şahidlərin olduğunu amma heç birinin dindirilmədiyini protokolda həmin hissənin boş saxlanıldığını qeyd edib. Xəta baş vermə nəticəsi Protokolda belə öz əksini tapmamaqdadır. Həmçinin vətəndaşa Protokol məh üç gün keçdikdən sonra belə təqdim edilməyib. 04.04.2019-cu il tarixində baş verən qəzanın Protokolu M.Sadıqovun şəxsi tələbi əsasında 27.04.2019-cu il tarixində israr etdikdən sonra Yasamal rayon DYPŞ polis mayoru Namik Məmmədov tərəfindən verilmişdir.

Müraciəti olduğu kimi sizlərə təqdim edirik:

"Hörmətli Nazir!
Yazıb diqqətinizə çatırmaq istəyirəm ki, 04.04.2019-cu il tarixində şəxsim tərəfindən idarə etdiyim 44-BU-444 dövlət qeydiyyat nişanlı “Audi Q7” markalı avtomobilə hərəkətdə olan zaman qəza hadisəsi baş vermişdir. Qəzanın yaranmasına isə qarşı tərəf şərait yaratmış qaydalara riayət etməmiş və bunun səbəbindən avtomobilimə külli miqdarda zərər vurmuşdur. Qəza baş verdikdən dərhal sonra 902 qaynar xəttinə zəng edərək hadisə ilə bağlı məlumat vermişəm. Hadisə yerinə gələn DYP inspektoru hadisənin günahkarının məhs qarşı tərəf olan və sağ tərəfi buraxmalı olduğu halda buraxmayaraq qəza yaradan Ziya adlı şəxsin idarə etdiyi Mersedes markalı avtomobildə olduğunu qeyd edərək Yasamal Rayon Dövlət Yol Polis idarəsində mayor Namiq adlı şəxsə yaxınlaşmağımız bildirildi. 05.04.2019-cu il tarixində yaxınlaşdığımız idarədə üz-üzə gəldiyim hal qənait bəxş olsada sonradan baş verənlər məni şoka saldı. 3 gün müddət keçdikdən sonra Qəza xidmət rəisi olan Namiq adlı dövlət quluqçusunun hərəkətləri məni çox məsuy edib. DYP idarəsinin qəzalarla bağlı şöbəsində Namiq müəllimin məni get-gələ salmasından sonra guya hadisə yerinə baxış keçirdiyini və qəzada günahkarın mən olduğu qənaitinə gəldiklərini bildirdilər.

Hadisə yerinə gələn inspektorunda bildirdiyi kimi günahkar olan Ziya adlı vətəndaşın icbari sığortasının qeydlərin götürməsi və hadisədə Mersedes markaləı avtomobilin günahkar olduğu 3 gün dildən düşməyən mövzu idi. Amma nə baş verdisə namiq müəllimin mənə necə edək deyərək barmaqlarını biri-birinə sürərək maddiyat işarəsi verməsindən sonra oldu. Günahım olmadığı halda məndən qarşılığında rüşvət gözləyən məmura rüşvət vermədiyim üçün sonda avtomobilimə dəymiş 4000 (dörd min) manat zərəri özüm ödəmək məcburiyyətində qalmışam. Şəxsimə qarşı edilmiş qanun pozuntusuna görə, adiyyatı üzrə məsələnin araşdırılmasını sizdən xahiş edir və yüksək diqətinizə ərz edirəm.
İmza: M.Ə.Sadıqov "

P.S. İlk öncə vətəndaşın göndərdiyi və verdiyi məlumatın qeyd dildiyi Yasamal rayon DYPŞ rəisi ilə əlaqə saxlamağa cəhd etdik amma rəis telefonlarımıza cavab verilmədi.

Yazıda adları keçən şəxs və qurumların mövqeyni dinləməyə hazırıq.

BakuNews.Az
DYPŞ polis mayoru Namik Məmmədov vətəndaşın hüquqlarını pozması iddiası ilə nazirə müraciət edildi - FOTO
DYPŞ polis mayoru Namik Məmmədov vətəndaşın hüquqlarını pozması iddiası ilə nazirə müraciət edildi - FOTO
DYPŞ polis mayoru Namik Məmmədov vətəndaşın hüquqlarını pozması iddiası ilə nazirə müraciət edildi - FOTO
DYPŞ polis mayoru Namik Məmmədov vətəndaşın hüquqlarını pozması iddiası ilə nazirə müraciət edildi - FOTO
DYPŞ polis mayoru Namik Məmmədov vətəndaşın hüquqlarını pozması iddiası ilə nazirə müraciət edildi - FOTO

Şərhlər

XƏBƏR LENTİ