Eldar Əzizov ağac əkdi... - FOTO
- 6-05-2019, 10:24
- 1 208
Bu ərazidə görünüşə xələl gətirən hasarlar və kortəbii qanunsuz tikililər sökülmüş, ərazi yararsız tikinti materialları, daş və digər tullantılardan təmizlənmiş, əkiləcək ağacların və digər yaşıllıqların suvarılması üçün su xətləri çəkilib.
Iməclikdə 1000-ə yaxın yeni ağac, əsas etibarı ilə Eldar şamı və digər ağacları əkildi.
Xalqımızın Ümummilli lideri Heydər Əliyevin doğum gunu ərəfəsində keçirilən iməclik, küçə boyunca əkilən yeni ağaclar bu ərazidə ekoloji tarazlığın bərpası və ərazinin gözəlləşməsi istiqamətində görülən işlərin davamıdır.
Ay ərzində Bakı şəhərinin yaşıllaşdırılması, yaşıllıqlara qulluq və abadlıqla bağlı işlərin davam etdirilməsi nəzərdə tutulmuşdur.