SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Daha bir orta məktəbdə biabırçılıq: Qızlar məktəbə buraxılmır - Kürdəmirdə

Daha bir orta məktəbdə biabırçılıq: Qızlar məktəbə buraxılmır - Kürdəmirdə

Tarix:

1-05-2019, 10:38

/ 1 614 dəfə oxundu.
Daha bir orta məktəbdə biabırçılıq: Qızlar məktəbə buraxılmır - Kürdəmirdə

Kürdəmirin Sığırlı kənd C.Əsgərov adına tam orta məktəbində qızların təhsildən yayınma halları, ibtidai sinifdən sonra məktəbdən uzaqlaşdırıldıqları haqda məlumatlar yayılıb.

“Yeni Sabah” xəbər verir ki, dünəndən sosial şəbəkələrdə ən çox paylaşılan bu məsələ ilə bağlı xəbərdə bildirilir ki, kənd məktəbində qızlar çox ciddi təhsil məhdudiyyətləri yaşayırlar.

“Belə ki, ibtidai sinfi bitirmiş - on yaşdan başlayaraq bütün qızlar beşinci sinifdən etibarən evə qapadılır, təkbaşına həyətdən küçəyə belə çıxışına icazə verilmir. Çünki hər an qaçırılma təhlükəsi qarşısındadırlar. Valideynlərin edə biləcəyi və guya çıxış yolu qızları təhsildən yayındırmaqdır. Hətta təhsil almaq istəyən ailələr kənddən köçür. Bu isə çox az hallarda baş verir.

Müəllimlər isə dərslərdə iştirak etməyən bütün qızlara "iştirak edirlər" və saxta qiymətlər yazırlar. Qızlar orta məktəbin buraxılış imtahanlarına belə buraxılmırlar və ya imtahana hamilə halda gedirlər.

Qızların təhsildən yayındırılmasının heç bir kapital tərəfdən səbəbiyyəti yoxdur. Kənd əhalisi normal maddi şəraitdə yaşayırlar.

Sadəcə qızlara qarşı ciddi təyziqlər və istismar var. Onlar artıq yeniyetmə yaşdan-həddi buluğa-18 yaşa çatmamış evləndirilir”.

Məsələylə bağlı Kürdəmir rayonunun Sığırlı kəndindəki C.Əsgərov adına tam orta məktəblə əlaqə saxladıq. Məktəbin direktoru Bəycan Mürşüdov “Yeni Sabah”a bildirib ki, bu məlumatlar yalandır, qızlar məktəbə gəlir və dərslərdə olurlar:

“Hamı dərsdə olur. İbtidaidən yuxarı siniflərdə də qızlar var. Keçən il 6 qızımız ali məktəbə daxil oldu. Bu il də hazırlaşan var. IX sinifdən sonra oxumaq istəməyənlər çıxır, evlənənlər olur. IX sinfə kimi məcburidir, bundan sonra könüllü oxumaq istəməyənlər olur. Həddi -büluğa çatır, imtahan verir, sonra məktəbdən çıxır. Bu yaxınlarda İcra Hakimiyyətindən Vəsilə Əsgərli (İctimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri) gəlmişdi. O, valideyn, qızlarla söhbət elədi. Qızların məktəbdən yayınmağından, IX sinifdən sonra oxumamaqlarından danışdı. IX sinifdən sonra 1-2 sinif olur, orada da 3-4 qız oxuyur. IX sinifdən sonra oxumaq istəyənlər qalır”.

Direktor bildirib ki, IX sinfə qədər ailələr tərəfindən qızların dərsdən yayınma halları olmur:

“IX sinifdən sonra olur. Valideyn deyir oxutmuram, imkanım yoxdu: “Qalmağına, oxumağına, pal-paltarına pul lazımdır”. Savadlılar oxuyurlar, digərləri yox”.

Şərhlər

XƏBƏR LENTİ