“Bu cibgirlik deyil, bəs nədir?” — Azercell-ə qarşı ŞOK İTTİHAMLAR
“Azercell” şirkəti abunəçilərinin iradəsinə zidd olaraq, vətəndaşları müxtəlif xidmətlərə qoşaraq müxtəlif məbləğlərdə vəsait çıxır.
Demokrat.az-ın məlumatına görə, bu barədə sosial şəbəkələrdə jurnalist Turanə Hüseynli yazıb.
“Azercellin bu hoqqasını kimsə açıqlaya bilər mənə?
Bir sms gəlir, hansısa kampaniyaya 30 günlük pulsuz qoşur (heç o sms-lər normalda açılıb oxunmur), 30 gün keçir və başlayır balansından pullar çıxmağa.
Əvvəl-əvvəl başa düşmürdüm. Sonra elə özlərindən öyrəndim ki, elə bu kampaniyalardan birinə qoşulmuşammış!
Yenidən mən özüm deaktiv etməliyyəmmiş!
Deaktiv etmək üçün də sms göndərməliyəmmiş!
Bu cibgirlik deyil, bəs nədir?
Sənin şəxsi iradən və istəyin olmadan, məhz operator istəyir deyə hansısa kampaniyaya qoşulursan və özün də çıxmalısan.
Bu bizim qanunlarda heç cürə tənzimlənmir ümumiyyətlə?
Qəpik-qəpik milyon abunəçinin cibinə girmək nədir axı?
Bəs o qəpiyi zəhmətlə qazanan milyonlarla yaşlı, qoca, ehtiyac sahibi insanlar?
Oğurluq belə asan olmamalıdır axı!” – T. Hüseynli qeyd edib.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...