Bələdiyyədə kim ölür, deyirlər mən vurmuşam - Sədr danışdı
Masazır bələdiyyəsinin qulluqçusu Raqib Şamil oğlu Allahverdiyevin bu gün səhər saatlarında iş başında olarkən səhhəti qəfil pisləşib.
Axar.az xəbər verir ki, təcili yardım maşını ilə Mərkəzi Klinikaya aparılan bələdiyyə qulluqçusunun ürəyində ciddi problem olduğu iddia edilir. Mərkəzi Klinkadan xəstənin vəziyyəti ilə məlumat verməkdən imtina ediblər.
Qeyd edək ki, bir müddət əvvəl Masazır bələdiyyəsinin vergi müfəttişi Ülfət Xansuvar oğlu Hüseynov iş başında insult keçirmiş və xəstəxanada dünyasını dəyişmişdi. İddiaya görə, ona bələdiyyə sədri Siyanfər Əliyev təzyiq göstərmişdi.
Bələdiyyə qulluqçusu Raqib Allahverdiyev Millətinsəsi.az-a deyib ki, hazırda vəziyyəti yaxşı deyil:
“Ülfət Hüseynovun ölümünün və mənim bu hala düşməyimin səbəbi var. Bu barədə səhhətim imkan verən kimi danışacağam”.
***
Məsələ ilə bağlı Axar.az-a danışan Masazır bələdiyyəsinin sədri Siyanfər Əliyev Raqib Allahverdiyevin xəstəxanaya yerləşdirilməsini inkar edib:
“Raqib Allahverdiyev səhər işə gəlməyib. Dünən onun qohumu rəhmətə getmişdi. Ürəyinə stend qoyublar onun, aparatla yaşayır. Bu adam xəstəxanaya getməməlidir ki?! O, mənim qayınımdır, mənimlə necə mübahisə edə bilər?! Bələdiyyədə kim xəstələnir, ölür, deyirlər ki, Siyanfər vurub öldürüb”.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...