Qala divarları ilə bağlı etiraz – “Acgöz, görməmişçəsinə məhv edilməyə başlanacaq”
“Dünyanın nadir yanaşmalarından biri... Azərbaycanda "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruq İdarəsi var. Bu dövlət idarəsi tarixi qoruyurmu?”.
“Yeni Sabah”ın məlumatına görə, bunu siyasi fəal Bəxtiyac Hacıyev deyib. O, İçərişəhərdə qala divarlarında gedən tikintiyə etirazını bildirib:
“Bir neçə il əvvəl məşhur "Birlik üçün oxu" layihələrini çəkəndə, bir hissəsini də "İçərişəhər" tərəfdə çəkmək istəyirdik. Elə ki, kameranın ştativi yerə toxunurdu, mühafizəçilər başımızın üstündə hazır olurdular ki, "burada çəkiliş aparmaq olmaz, icazə alın, bura qoruqdur" və min dənə digər qadağalar. Amma bu gün elə bu Dövlət Qoruq idarəsi, İçərişəhərin ən tanınmış, tarixi abidələrindən olan Qala divarlarını ən acgöz, ən yaramaz, ən ağlasığmaz, ən görgüsüz, ən görməmiş, ən biabırçı şəkildə kafe-restoranlarla zəbt edə-edə gedir. Tarixi yerli və xarici vətəndaşların vura biləcəkləri zərərlərdən qorumalı olan dövlət qoruğunun bu addımlarına isə vətəndaşlar haqlı olaraq etiraz edirlər, tarixi abidələri dövlətdən gələn təhlükədən qorumağa çalışırlar”.
B.Hacıyev qeyd edib ki, Qoruq idarəsinin açıqlamaları onların təkcə tarixə yox, ictimai rəyə və etirazlara tüpürmək istədiklərini göstərir:
“Dünyanın harasında görülüb ki, YUNESKO-nun dünya mədəni irsi siyahısına düşmüş şəhərin xarici düşmənlərdən müdafiə sistemi olaraq qurulmuş qala divarları həmin dövlətin rəsmi qurumu tərəfindən, içəridən acgözcəsinə, görməmişçəsinə məhv edilməyə başlanacaq. Qoruq idarəsinin isə açıqlamaları onların təkcə tarixə yox, ictimai rəyə və etirazlara tüpürmək istədiklərini göstərir. Deyirlər ki, orada heç bir tikinti aparılmır, görülən işlər əksinə, qala bürclərini bərkidir(restoranlar və kabab şişləri ilə), konstruksiya işləri həm daxili, həm zahiri baxımdan İçərişəhərin ənənəvi memarlıq üslubuna uyğunlaşdırılır(Qaynana restoranının memarlıq üslubu kimi), İçərişəhərin görünüşünə xələl gətirmir (birazdan qala divarları çöldən və içəridən görünməyəcək heç, görünüşə xələl gətirmir nədir axı?)....Məncə, nə qədər gec deyil, hər bir vətəndaş buna sərt şəkildə etiraz etməlidir. Tarixi qala divarları kiminsə acgöz restoran biznesinin qurbanına çevrilib, kafe divarları olmamalıdır”.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...