SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Eldar Yunusovun 122 saylı uşaq bağçasında olanlardan xəbəri varmı?

Eldar Yunusovun 122 saylı uşaq bağçasında olanlardan xəbəri varmı?

Tarix:

23-04-2019, 16:12

/ 4 158 dəfə oxundu.
Eldar Yunusovun 122 saylı uşaq bağçasında olanlardan xəbəri varmı?

Məlum olduğu kimi, ölkə rəhbərliyi gələcəyimiz olan uşaqların sağlam böyüməsinə, düzgün təlim-tərbiyə almasına böyük diqqət və qayğı göstərir. Məhz bunun nəticəsidir ki, müntəzəm olaraq Bakıda və rayonlarda onlarla uşaq bağçası əsaslı şəkildə təmir edilərək uşaqların istifadəsinə verilir.

Həyata keçirilən bütün bu tədbirlərə baxmayaraq, bəzi uşaq bağçalarında özbaşınalıq baş alıb gedir, neqativ hallar səngimək bilmir. Demək olar ki, uşaq bağçaları Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyinə verildikdən sonra problemlər daha da artıb. Üstəlik, bura əksər bağça müdirləri ilə müəllimlər və valideynlər arasındakı münasibətlərin korlanması da daxildir ki, bu da təlim-tərbiyənin keyfiyyətinə mənfi təsir göstərir. Bakı şıhər İcra Hakimiyyətində kadr dəyişiklikləri aparıldıqdan sonra da, yəni Hacıbala Abutalıbovu Eldar Əzizov əvəz etdikdən sonra da baxçalarda vəziyyət düzəlmədi. Halbuki, Eldar Əzizov İcra Hakimiyyətinə başçı təyin olunduqduqdan sonra uşaq bağçalarında cıddı yoxlamalar aparmağa soz vermişdi. Lakin nədənsə bir neçə uşaq bağçasındə səthi baxış keçirdikdən sonra hər şey yenə köhnə axarına döndü.

Redaksiyamıza Nizami rayonundakı 122 saylı uşaq bağçası ilə bağlı daxıl olan məlumat da bağça müdirinin orada yaratdığı rejimlə, müəllim və uşaq, müəllim və valideynlər arasındakı anormal münasibətlə bağlıdır. Məlumatlarda bildirilir ki, bu bağçada da ciddi qanun pozuntusuna yol verilır, qeyd edilir ki, özbaşınalıq baş alıb gedir. Uşaqların bağçaya rüşvətlə qəbulundan tutmuş, qidalanmadakı problemlərə qədər müxtəlif məsələlərlə bağlı çoxsaylı şikayətlər olunur. Belə ki, bağçaya uşaq qoymaq istəyən hər hansı bir sakin müdir Aidə İsgəndərovaya yaxınlaşanda onlara deyir ki, yer yoxdur. Əslində məlumatı olanlar bildirir ki, “başqa yollar”la, yəni müəyyən “məbləğ” veriləndə uşağı qoymağa yer tapılır. Söhbət nə az, nə çox 300-400 manatdan gedir
Qeyd edək ki, 122 saylı bağça ilə bağlı şikayətlər bununla da bitmir. Burada uşaqlara verilən yeməklərin keyfiyyətindən tutmuş, sanitar-gigiyena tələblərinə riayət olunmadığı bıldırilir.
Aktualinfo.org sözügedən bağçada baş verənlərlə bağlı Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizova sorğu məktubu hazırlayıb. Maraqlıdır görəsən İcra Hakimiyyətinin Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin müdiri Eldar Yunusovun Nizami rayonundakı 122 saylı uşaq bağçasında hökm sürən qeyri -sağlam ab-havadan xəbəri varmı və edilən şikayətlərə arqumentləri olacaqmı?

Aktualinfo.org

Şərhlər

XƏBƏR LENTİ