Samir Nuriyevdən ciddi narazılıq
Azərbaycanda tikinti sektoru ən problemli sahələrdən biri sayılır. Elə bunun nəticəsidir ki, 2018-ci ildə Prezident Administrasiyasına vətəndaşlar 100-dən çox tikinti şirkəti tərəfindən çoxmərtəbəli yaşayış binalarının inşasında müvafiq norma və qaydalara, həmçinin müqavilə şərtlərinə riayət edilməməsindən, bəzi şirkətlərin mənzilləri 2 və daha artıq şəxsə satmasından, razılığa gəlinmədən, kompensasiyalar verilmədən söküntü işlərinə başlanılmasından, binaların təhlükə törədəcək dərəcədə yaxın məsafədə tikilməsindən şikayət ediblər. Bu problemlərə son qoyulması üçün son vaxtlar ölkə rəhbərliyi tərəfindən bir sıra önəmli addımlar atılıb. Tikinti ilə bağlı mühüm səlahiyyətlərin yerli icra hakimiyyətlərindən alınması bu qəbildəndir. Eyni zamanda Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəhbərliyində dəyişiklik qərarı da tikinti sahəsində müsbət dönüşün baş verəcəyinə ümidlər yaradıb. Belə ki, ötən ilin aprelində adıçəkilən Komitəyə Samir Nuriyev sədr təyin edilib. Buna qədər Mənzil İnşaatı Dövlət Agentliyinin İdarə Heyətinin sədri vəzifəsində çalışan Nuriyevin təyinatı tikinti sahəsində uzun müddətdir davam edən xaotik vəziyyətin aradan qaldırılması istiqamətində haqlı olaraq pozitiv gözləntilərə yol açıb.
Ancaq son vaxtlar haqqında danışdığımız sektorda başqa bir mənzərə yaranıb: əvvəllər vətəndaşlar daha çox tikinti şirkətlərindən şikayətçi idilərsə, indi bu sahədə çalışan sahibkarlar şikayətçi olmağa başlayıblar. Belə ki, onlar Nuriyevin Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə sədr təyin edildikdən sonra fəaliyyətlərinin məhdudlaşdırılmasından gileylidirlər.
"Unikal" qəzetinin son saylarından birində hazırda baş nazirin müavini olan Hacıbala Abutalıbov Bakı meri olduğu dövrdə on iki sahibkarla paytaxtda tikinti işlərinin aparılması ilə bağlı razılıq əldə edilməsi, ancaq həmin sahibkarların tikintiyə başlaya bilməmələri barədə məlumat işıq üzü görmüşdü. Hacıbala Abutalıbov Bakı meri olduğu dövrdə on iki sahibkarla paytaxtda tikinti işlərinin aparılması ilə bağlı razılıq versədə Samir Nuriyev buna niyə maneə yaradıb?
Unikal.org

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...