XalqXəbər.Az

XalqXeber.Az » Sosial » Qusarda yol tikintisinə üç milyon manat ayrılıb - SƏRƏNCAM

Qusarda yol tikintisinə üç milyon manat ayrılıb - SƏRƏNCAM

Qusarda yol tikintisinə üç milyon manat ayrılıb - SƏRƏNCAM
17-04-2019, 15:46

Prezident İlham Əliyev Qusar rayonunun Cibir-Həzrə-Mucuq-Sudur avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamla səkkiz min nəfər əhalinin yaşadığı 14 yaşayış məntəqəsini birləşdirən Cibir-Həzrə-Mucuq-Sudur avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 3 milyon manat ayrılıb.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.