Beynəlxalq Bank Nizami Piriyevi məhkəməyə verib - SƏBƏB
"Azərbaycan Beynəlxalq Bankı" ASC iş adamı Nizami Piriyevi məhkəməyə verib.
"Report"un xəbərinə görə, Səbail Rayon Məhkəməsinə müraciət edən bank kredit müqaviləsi üzrə mübahisələr barədə tələb irəli sürüb.
Kredit müqaviləsi ilə bağlı məlumat verilmir.
Məhkəmə icraatı dayandırıb.
Qeyd edək ki, N.Piriyev “PNN Group” şirkətinin təsisçisi və sahiblərindən biridir. Şirkətin digər sahibi onun oğlu Nəsib Piriyevdir. Hər iki şəxsin adı 2015-ci ildə həbs edilən Beynəlxalq Bankın keçmiş sədri Cahangir Hacıyevin cinayət işində hallanır.
Belə ki, hazırda davam etdirilən "Beynəlxalq Bank işi"ndə təqsirləndirilən Erxan Cavad dindirilən zaman "Cargill" şirkəti ilə "Buta Kitchen" MMC arasında 163 milyon manatlıq müqavilə imzalanıb, qida məhsullarının alındığını bildirib. Onun sözlərinə görə, faiz çıxılandan sonra "Cargill" "Buta Kitchen"in xarici hesabına 130 milyon manat pul köçürüb, həmin məbləğin 30 milyonu əvvəlcədən Azərbaycana göndərilib, qalan 100 milyon isə şirkətin səhmdarı N.Piriyevin Əfqanıstanda olan şirkətinə "ofşor" yolla köçürülüb.
Xatırladaq ki, N.Piriyevin barəsində axtarış elan olunub. Onun cinayət işi ayrıca icraata ayrılıb.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...