Almaniyaya mühacirət edən 10-dan çox azərbaycanlı qaytarılır
Bu gün Almaniyaya mühacirət edən 10-dan çox azərbaycanlı ailə xüsusi reyslə Azərbaycana göndərilmək üçün Düsseldorf hava limanına aparılıb.
"Qafqazinfo" xəbər verir ki, Almaniyada fəaliyyət göstərən “Legat” hüquq firmasının yaydığı məlumata görə, həmin azərbaycanlıların əksəriyyəti 5 fevral 2019-cu ildə Düseldorf hava limanına aparılan, lakin nəzərdə tutulmuş uçuş texniki səbəbdən baş tutmadığına görə yenidən öz yaşayış yerlərinə qaytarılan ailələrdir: “Hava limanına aparılanlar arasında xəstələr, ailə üzvlərindən bəziləri evdə olmayanlar da olub və bu halların heç biri deportasiya üçün gələn səlahiyyətli orqanları qərarı icra etməkdən çəkindirməyib.
Deportasiyası nəzərdə tutulanlar Almaniyada müvəqqəti yaşamaq üçün müraciət edən və müraciəti rədd olunan, barələrində olan məhkəmə araşdırmaları isə başa çatan şəxslərdir. Onlardan 12 nəfəri readmissiya sazişinin tələblərinə uyğun qaytarılan şəxslərdir. Soydaşlarımız və onların ailə üzvləri polis tərəfindən etik davranış qaydalarına əməl olunduğunu və onlara münasibətdə zorakılıq hallarının tətbiq olunmadığını bildirdilər”.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...