SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Cari ilin ilk rübündə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 60 minə yaxın vətəndaş müraciəti cavablandırılıb

Cari ilin ilk rübündə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 60 minə yaxın vətəndaş müraciəti cavablandırılıb

Tarix:

8-04-2019, 17:25

/ 1 044 dəfə oxundu.
Cari ilin ilk rübündə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 60 minə yaxın vətəndaş müraciəti cavablandırılıb

7 266 vətəndaş fərdi qaydada qəbul edilib

2019-cu ilin birinci rübü ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 58 988 vətəndaş müraciəti cavablandırılıb.
Müraciətlərin 28 262-si məktub, ərizə ilə, e-qaydada, 27 378-i 142 “Çağrı mərkəzi” vasitəsilə, 1180-i iş telefonlarına, 2168-i sosial şəbəkələr (facebook, instagram səhifələri) ilə edilib.
Nazirliyin rəhbər vəzifəli şəxsləri və əməkdaşları tərəfindən fərdi qaydada qəbul edilən vətəndaşların sayı isə 7 266 nəfər olub. Onlardan 200 nəfəri (o cümlədən bölgələrdə qəbullar zamanı 85 nəfər) nazir tərəfindən qəbul edilib.
Vətəndaşların nazirliyə etdikləri, həmçinin fərdi qəbullar zamanı müraciətlər bu və ya digər sosial təminat növünə hüququn müəyyən olunması, əmək hüquqları, tibbi-sosial ekspertiza və reabilitasiya, elektron xidmətlərdən istifadə, aktiv məşğulluq tədbirlərinə, o cümlədən özünüməşğulluq proqramına cəlb olunma və s. kimi aidiyyəti məsələlərlə bağlı olub.
Hər bir müraciətin qanunvericiliyin tələbləri əsasında cavablandırılması, sorğu xarakterli müraciətlərlə əlaqədar aydın şəkildə izahatlar verilməsi təmin edilib.

AZƏRBAYCAN RESPUBLİKASI
ƏMƏK VƏ ƏHALİNİN SOSİAL MÜDAFİƏSİ NAZİRLİYİNİN
İCTİMAİYYƏTLƏ ƏLAQƏLƏR VƏ KOMMUNİKASİYA ŞÖBƏSİ

Şərhlər

XƏBƏR LENTİ