SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Nazirə işləmək üçün 162 nəfər müraciət etdi - 5 vakant yerə görə

Nazirə işləmək üçün 162 nəfər müraciət etdi - 5 vakant yerə görə

Tarix:

5-04-2019, 17:44

/ 1 091 dəfə oxundu.
Nazirə işləmək üçün 162 nəfər müraciət etdi - 5 vakant yerə görə

Son 5 gün üçün Dövlət İmtahan Mərkəzi 1 aprel 2019-cu il tarixdə elan edilmiş dövlət qulluğuna qəbul üçün müsabiqə üzrə müsahibə elanında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə vakant vəzifələr üzrə namizədlərin ərizə qəbulu mərhələsi haqqında statistikanı açıqlayıb.
Nazirlik ümumilikdə 279 vakant yer üçün məsləhətçi vəzifəsinə, dövlət qulluğuna qəbul müsabiqəsi elan edib. Ümumilikdə 80-dan çox yer boş qalıb.
Aşağıdakı 5 vakant yerə 162 nəfər müraciət edib.

-Təminat siyasəti şöbəsi, Dövlət sosial yardımı siyasəti sektoruna məsləhətçi vəzifəsinə 14 nəfər,

-Ümumi şöbə, vətəndaşların qəbulu sektoruna məsləhətçi vəzifəsinə isə 20 nəfər,

-Nazirliyin yanında Dövlət Məşğulluq Xidməti, Rayon (şəhər) məşğulluq mərkəzləri, Sabunçu rayon Məşğulluq Mərkəzi, İşaxtaran və işsiz vətəndaşların sosial müdafiəsi sektorunda aparıcı məsləhətçi olmaq üçün 22 nəfər,

-Nazirliyin yanında Dövlət Məşğulluq Xidməti, Rayon (şəhər) məşğulluq mərkəzləri, Xətai rayon Məşğulluq Mərkəzi, İşaxtaran və işsiz vətəndaşların sosial müdafiəsi sektoruna 25 nəfər,

-Nazirliyin yanında Dövlət Məşğulluq Xidməti, Baki şəhər Məşğulluq İdarəsi, Peşə hazırlığı və sosial müdafiə sektoru 40 nəfər,

-Nazirliyin yanında Dövlət Sosial Müdafiə Fondu, Xüsusi şərtlərlə təyinat idarəsi, Vətəndaş müraciətlərinə baxılması sektoruna 41 nəfər müraciət edib.

Şərhlər

XƏBƏR LENTİ