Bakıda əmanətçilər aksiya keçirdi- ARDNF sədrinin qardaşına yeni ittiham+VİDEO
Lisenziyası ləğv edilmiş "Bank Standard” QSC-nin əmanətçiləri pullarını tələb edirlər.
Dünən əmanətçilər bu tələblə Prezident Adminstrasiyasının qarşısında etiraz aksiyası keçiriblər. Polis əməkdaşları aksiyaya müdaxilə edib.
Əmanətçilərin sözlərinə görə, Milli Məclisə və mərkəzi icra hakimiyyəti qurumlarına edilən müraciətlər Azərbaycan Əmanətlərin Sığortalanması Fonduna (ADIF) yönləndirilib. Müraciətlərə isə cavab verilmir.
Şikayətçilər deyib ki, "Bank Standard”ın Kreditorlar Komitəsinin iclasına müvafiq maliyyə qrumlarının əməkdaşları dəvət edilsə də, gəlmirlər. Əmanətçilər iddia edib ki, Dövlət Neft Fondunun rəhbəri Şahmar Mövsümovun qardaşı Şahin Mövsümov müflisləşmiş "Bank Standard”dan girovsuz olaraq 100 milyon manatdan çox kredit götürüb.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək