Yanacaqdoldurma məntəqələri sürücülərə qəsdən belə ZƏRƏR VURUR
Son vaxtlar Avtosfer.az saytına müraciət edən sürücülər yanacaqdoldurma məntəqələrinin işçiləri tərəfindən onlara vurulan zərər barədə məlumat veriblər.
Məlum olub ki, bir sıra məntəqələrdə işçilər yanacaq doldurduqdan sonra çənin qapağını normal qaydada bağlamır. Bəzi sürücülər benzin sərfiyyatı artdığını müşayət edib. Ustalara müraciət olunsa da hər hansı problem aşkarlanmayıb.
Sonradan müşahidə olunub ki, yanacaqdoldurma məntəqələrinin işçiləri çənin qapağını normal bağlamadığı üçün yanacaq buxarlanır. Nəticədə isə sürücülər bunu benzin sərfiyyatının artması kimi başa düşürlər. Yanacağı çənə əskik vuran məntəqə əməkdaşları bununla kifayətlənmir, çənin qapağını bağlamamaqla sürücülərə ikiqat ziyan vururlar.
Sayt diqqətə çatdırır ki, yanacaq vurulduqdan sonra çənin qapağının normal bağlamasına nəzarət etsinlər. Maşından düşüb özləri bu işi görsələr daha yaxşı olar. Bu həm onların yanacağa qənaət edəcək, həm də digər xoşagəlməz halların qarşısı alına bilər. Məsələn, işıqforda yerə atılan siqaret qapağı açıq çənə düşə və yanğına səbəb ola bilər. Odur ki, diqqətli olun.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək