Tur şirkətindən bilet aldı, saxta çıxdı
Sumqayıt şəhər sakini Elvin Mustafayev “Sultan Travel” şirkətinin dələduzluğuna məruz qalıb. Bu barədə “Qafqazinfo” ya müraciət edən şikayətçi bildirib ki, ötən ilin dekabrın 23-də 600 manat ödəyərək İstanbula 3 bilet alıb:
“Şirkət haqqında feysbukda məlumat aldım. Qeyd olunan əlaqə telefonu vasitəsilə Hüseyn adlı şəxslə danışdıq. Aprelin 10-u gediş, 15-i isə qayıdış üçün bilet istədik. Hüseyn adlı şəxslə görüşdük. O, bizə iki bilet verib, qalan bir bileti səhəri gün verəcəyini dedi. Bu zaman biz biletlərin saxta olmasından şübhələndik. Yanvar ayında bu barədə Yasamal rayon 27-ci polis bölməsinə ərizə ilə müraciət etdik. Hüseyn bölmədə dindirilərkən biletlərin saxta olduğunu yazılı şəkildə etiraf etdi. Bizə dəymiş ziyanı ödəyəcəyini bildirsə də, üstündən 3 ay keçməsinə baxmayaraq pulumuzu qaytarmır. Nə polis bölməsinin müstəntiqi, nə də ki həmin şəxs telefonlarımıza cavab verir”.
Qeyd edək ki, sosial şəbəkədə qeyd olunan ( 055-506-51-52) nömrəsi ilə əlaqə saxlasaq da, zənglərimizə cavab verən olmayıb.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...