XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » DYP-nin biznesmen post rəisi Fuad Mayılov gündə nə qədər qazanır?

DYP-nin biznesmen post rəisi Fuad Mayılov gündə nə qədər qazanır?

DYP-nin biznesmen post rəisi Fuad Mayılov gündə nə qədər qazanır?
14-03-2017, 10:38

Ekologiya postunun rəisi Xirdalanda 200 min manata obyekt alıb
DYP-nin ekologiya postunda Fuad Mayılovun təkcə “vasitəçilərlə” qazandığı gündəlik qazancı 1000 manat olduğu deyilir.
DYP-nin ekologiya postu artıq sürücülərin qorxduğu, çəkindiyi obyektə çevrilib. Çünki Bakıya daxil olan, həmçinin paytaxtı tərk edən avtomobillərin əksəriyyəti post rəisi Fuad Mayılovun əməkdaşlarının özbaşına əməlləri ilə üz-üzə qalırlar. Hər kəsə yaxşı məlumdur ki, ekologiya postunda fəaliyyət göstərən yol polislərinin sürücüləri qaydaları pozduğuna görə deyil, müəyyən maraq üçün saxlanılır.
Daxil olan məlumatda bildirlir ki, sürücülərin DYP-nin ekologiya postu ilə bağlı ən çox şikayət etdikləri məsələlər sırasında radar, səbəb göstərilmədən protokol tərtib etmək üstünlük təşkil edir: «Şübhəsiz sürücülər sürət həddini aşdıqları təqdirdə yollarda quraşdırılmış radar sistemlərinə yaxalanırlar. Bu sistemin özəlliyi ondan ibarətdir ki, yollarda nəzərdə tutulmuş sürət həddini aşan nəqliyyat vasitələrinin fotolarını çəkib, onları avtomatik protokollaşdırır. Ardından isə həmin protokol sürücünün ünvanına göndərilir. Elə əsas problem də məhz bu zaman yaşanır. Əgər radarlara tuş gəlmiş sürücülər protokolla razılaşarlarsa, nəzərdə tutulmuş cəriməni bank, poçt və ya DYP-nin post terminalları vasitəsi ilə ödəməlidirlər. Lakin Fuad Mayılovun rəisi olduğu DYP-nin ekologiya postu bütün bu «funksiyaların» hamısını həyata keçirə biləcək gücdədir. Odur ki, sürücülərin kabusu, yol polislərinin əsas qazanc yeri olan ekologiya postunda cərəyan edən neqativ hallardan xəbərsiz olan yoxdur».
Digər şikayətdə isə deyilir ki, Fuad Mayılovun tabeçiliyində çalışan yol polislərinin sürücülərlə olduqca kobud və etikadan kənar davranırlar. Bütün bu özbaşınalığın başında isə post rəisi dayanır. Çünki arxası yuxarı dairələrdə güclü olan Fuad Mayılov artıq özünü daha böyük vəzifələrdə görür. Çünki illərdir ekolgiya postunda yığıdğı rüşvətlə polis-oliqarxa çevrilən Mayılov artıq geniş biznes sahələrinədə baş vurub. Hələ bir müddət əvvəl mətbuatda yayılan xəbərlərdə qeyd olunurdu ki, DYP-nin ekologiya postunun yaxınlığında yerləşən «Şamlıq» hamamı post rəisinə məxsusdur: «Bundan başqa, onun Bakı, Xırdalan və Sumqayıtda çoxlu sayda mənzili, bir neçə avtomobili və iri biznes obyektləri” var. Özəl mənbələrdən daxil olan ilginc məlumatda isə bildirilir ki, post rəisi bu yaxınlarda Xırdalan şəhərində 200 min manata 3 mərtəbəli obyekt satın alıb. Həmin obyektin içərisində yüksək səviyyədə təmir getdiyidə bildirilir. Mənbəmiz obyektin Fuad Mayılov tərəfindən böyük bir ticarət mərkəzinə çevriləcəyini qeyd etdi. Görünür 200 min manatı asanlqıla bir obyektə verən post rəisi daha böyük pullar qazanmaq istəyindədir.
Bildirək ki, DYP-nin ekologiya postu digər postlardan fərqli cəhətlərindən biridə radara düşmüş sürücülərin işini hər iki tərəfi qane edəcək formada yoluna qoyacaq şəxslərin “fəaliyyət” göstərməsidir. Məhz həmin şəxslər radara düşənlərə yaxınlaşaraq işlərini «asanlaşdırmaq» üçün yardımçı ola biləcəklərini bildirirlər. Sürücü ilə post arasında “vasitəçi” rolunu oynayan həmin şəxslər postda yaranmış «məsələ»ni qısa zamanda həll edirlər. Bunun üçün ilk öncə sürücüyə radara düşdüklərinə dair fotoları və buna uyğun şəkildə tərtib olunmuş protokol göstərilir. Bundan sonra «danışıqlar»a start verilir. Son nəticədə DYP-nin ekologiya postunun əməkdaşları böyük məbləğli cərimələrə «düzəliş» edərək işi yoluna qoyurlar. Məlumata görə postda fəaliyyət göstərən bu “vasitəçilərə” günlük gördükləri işin 20 faizi verilir. Yerdə qalan 30 faiz post işçilərinə qalan 50 faiz isə Fuad Mayılova çatır. Post rəisinin gün ərzində təkcə “vasitəçilər” sayəsində 1000 manata yaxın xeyrinin olduğu deyilir. Qeyd edək ki, DYP-nin ekologiya postundakı özbaşınalıqlarıa bağlı araşdırmamız davame dir və yaxın günlərdə postdan hazırladığımız ilginc reportaji oxucularımıza təqdim edəcəyik.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.