Azərbaycanlı məmurun ingilis diplomu saxta çıxdı
Ukrayna Dövlət Fiskal Xidmətinin keçmiş sədri Roman Nəsirovun diplomu saxta çıxıb.
Bu barədə informasiyanı TSN televiziyası Şərqi London Universitetinə istinadən yayıb. Belə ki, universitet televiziyaya açıqlamasında Nəsirov adlı şəxsin heç vaxt ali təhsil almadığını bildirib.
Televiziya Nəsirovun Britaniyada daşınmaz əmlaka sahib olduğunu bildirib:
“Onun mənzillərindən biri Londonun şimalında yerləşir. Dörd otaqdan ibarət mənzilə görə, Nəsirov 120 min funt sterlinq ödəyib. Hazırda bu mənzinlin qiyməti 300 min funt dəyərindədir. Nəsirovun başqa bir mənzili isə Londonun maliyyə mərkəzində yerləşir. Keçmiş məmurun 2007-ci ildə aldığı bu mənzilin hazırkı dəyəri 550 min funt olaraq qiymətləndirilir”.
Qeyd edək ki, Nəsirov 2017-ci ilin martın 3-də vəzifəsindən uzaqlaşdırılıb. Ona cinayət işi açılıb. Keçmiş məmur dövlətə 2 milyard qriven zərər vurmaqda ittiham olunur.
Roman Nəsirov əslən azərbaycanlıdır.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək