Bakıda bu binanın köhnəlmiş liftləri hər an can ala bilər — Xalid Ələkbərov hara baxır?
Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Əli Kərim 9 ünvanında yerləşən binanın sakinləri Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya açıq məktubla müraciət ediblər.
Demokrat.az xəbər verir ki, sözügedən binanın sakinləri Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) tabeliyində olan "Lifttəmir" İstehsalat Birliyin fəaliyyətindən narazılıq edirlər.
Sakinlər bildirir ki, Bakıxanov qəsəbəsi, Əli Kərim 9 ünvanında yerləşən binadan hər ay vaxtı-vaxtında lift üçün vəsait yığılsa da, ancaq binanın liftləri nasaz vəziyyətədir:
Sakinlərin sözlərinə görə, sözügedən binanın liftləri son illər tamamilə yarasız vəziyyətə düşüb:
"Hər ay bizdən lift üçün xidmət haqqı yığılılır. Dəfələrlə müraciət etməyimizə baxmayaraq, binaya normal vəziyyətdə olan yeni lift quraşdırılmır. Bununla bağlı biz dəfələrlə İcra Hakimiyyətinə və Bakı Lift Təmir İstehsalat Birliyinin sədrinə müraciət etmişik. Bildirmişik ki, binanın liftləri hər an qırıla və insanlar böyük faciələr yaşaya bilər. Ancaq müraciətimizə baxan yoxdur. Bu yaxınlarda təyin olunan "Liftəmir" İstehsalat Birliyinin baş direktoru Xalid Ələkbərova da bu barədə müraciət göndərmişik. Çox təəssüf ki, hələ də problem həllini tapmayıb.
Hörmətli Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva, yuxarıda sadaladığımız problemin hələ də həllini tapmaması və müvafiq qurum rəhbərlərinin vəzifələrinin öhtəsindən gələ bilməmələri səbəbilə Sizlərə açıq məktubla müraciət etmək məcburiyyətində qaldıq. Xahiş edirik ki, probleminə həllinə köməklik göstərilməsi üçün lazımı tapşırıqlar verəsiniz", - deyə sakinlər qeyd edir.
Demokrat.az

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək