Biləsuvar gömrüyündə tıxacı kim yaradır? - FOTO
“Bu gün (martın 13-də) dan ağarandan Biləsuvardan İrana keçməyə yenə tıxac vardı. Dərindən müşahidə edəndə, belə nəticəyə gəlirsən ki, bu tıxacları yaradan elə gömrükçülərdir. Özü də məqsəd insanları incitməkdir. Yoxsa heç nədən bu qədər insanı məntəqəyə toplayıb sonra da tısbağa yerişiylə sənədlərini yoxlamağın, yersiz sorğu-suala tutmağın başqa nə adı var ki...”.
Bakı sakini Məzahir Rüstəmov martın 13-də səhər saatlarında Biləsuvar sərhəd-keçid məntəqəsində yaranan problemdən danışır: “Tez-tez İrana dərman almağa gedirəm. Hər dəfə də eyni əzab-əziyyəti çəkirəm. Sizə fotolar göndərirəm. Bax o fotoları mən səhər saat 10-da çəkmişəm. Ancaq adamlar səhər saat 7-nin yarısından ora toplaşmışdılar. Saat 9-da məntəqə açıldı, insan axını məntəqəyə yaxınlaşmağa başladı. Saat 10 idi, növbə gözləyən yüzlərlə insana cəmi iki nəfər xidmət göstərirdi – pasportlarını yoxlayırdı. Özü də sənədləri elə tısbağa sürətiylə yoxlayırlar ki, adamların ürəyi üzülür. İşçi qıtlığıdır ki? Qəsdən bu vəziyyəti yaradırlar. Biri ağzını açıb söz deyəndə də elə kobudlayırlar ki, adamın yeddi qatından keçir”.
Məzahir Rüstəmov deyir, səhər saat 7-dən günortayacan növbədə dayananlar saat 1-2 radələrində sərhədi keçəndə, sanki üzərlərindən bir yük götürülür: “İran sərhədində isə növbə nədir, bilən yoxdur. İnsanlar çox rahat sənədlərini təqdim edib keçib gedirlər”.
2 il əvvəl Azərbaycan və İran hökuməti arasında Biləsuvar və Astara sərhəd keçid məntəqələrinin 24 saat fəaliyyət göstərməsinə dair razılıq imzalanıb. Ancaq razılaşma yalnız yükdaşımalara aiddir. Vaxtaşırı İrana gedən Məzahir Rüstəmovun arzusu budur ki, eyni rahatlıq piyadalara da şamil olunsun.



Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək