Badamdar sakinləri “Açıq mikrofon”a dəvət olundu - FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dövlət qurumları rəhbərlərinin yerlərdə əhali ilə görüşlərinin keçirilməsi ilə bağlı tapşırığına uyğun olaraq Səbail rayonunun Badamdar qəsəbəsində şəhid Cəmil Hasilovun adını daşıyan küçədəki 109, 109a, 110, 111,113, 115, 117,119 saylı binaların və Badamdar yolu, 95, 97, 99, 101,105,107 saylı binaların həyətlərində yeni istifadəyə verilmiş “Abad həyət”də Səbail Rayon İcra Hakimiyyətinin başçısının “Açıq mikrofon” formatında sakinlərlə görüşü keçirilmişdir.
Görüşdə qəsəbə sakinləri ilə yanaşı rayonun bütün xidmət sahələrinin, qəsəbədəki idarə və müəssisə rəhbərləri, ağsaqqallar, veteranlar, gənclər və ictimaiyyət nümayəndələri iştirak etmişlər
Badamdar sakinləri “Açıq mikrofon”a dəvət olundu
Sakinlərin problemlərinin öyrənilməsi və aradan qaldırılması məqsədilə təşkil olunangörüşdə çıxış edən Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalov son vaxtlarda Azərbaycan Prezidenti tərəfindən əhalinin sosial təminatının gücləndirilməsi, həyat keyfiyyətinin yaxşılaşdırılması istiqamətində imzalanan yeni fərman və sərəncamlar barədə məlumat verib,bildirib ki, dövlətimizin başçısının həyata keçirdiyi sosial siyasətin, bu istiqamətdə atılan hər bir addımın təməlində vətəndaş amili dayanır.
Eyni zamanda Səbail rayonunda və onun sürətlə inkişaf edən Badamdar qəsəbəsində həyata keçirilən sosial layihələr və digər işlər barədə danışılıb.
Müraciətlər əsasən su və kanalizasiya xətləri ilə bağlı, məhəllədaxili yolların işıqlandırılması, sahibsiz heyvanların yığışdirilması, fərdi evlərin sənədləşdirilməsi və s. olmuşdur.
Görüşdə 20-dən çox sakin şıxış edib, onları narahat edən məsələlər dinlənilib və həll edilməsi üçün yerindəcə tapşırıqlar verilib.
“Açıq mikrofon” formatında sakinlərin böyük fəallığı ilə keçən görüşdə çıxış edən qəsəbə sakinləri Səbail rayonunda, eyni zamanda, Badamdar qəsəbəsində görülən işlərə, onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildirib, dövlətimizin başçısının həyata keçirdiyi siyasi kursa birmənalı dəstək ifadə ediblər.



Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...