Deputatdan sensasion qadağa təklifi: “Əhalinin bulaq suyundan pərakəndə şəkildə istifadəsinə yol vermək olmaz”
Son vaxtlar ayrı-ayrı millət vəkillərinin səsləndirdikləri bəzi təkliflər sözün əsl mənasında gündəmə çevrilir. Bu heç də onunla bağlı deyil ki, həmin fikirlər o qədər dəyərlidir və xalqın problemlərinin həlli ilə bağlıdır ki, bu qədər müzakirələrə səbəb olur. Əksinə, onlar əksər halda vəziyyəti daha da pisləşdirməyə səbəb ola biləcək təkliflərdir.
“Yeni Sabah”a istinadən xəbər veririk ki, bu silsilənin davamı olaraq daha bir deputat analoqu olmayan təşəbbüslə çıxış edib.
YAP-çı deputat Aydın Hüseynov Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında deyib ki, əhalinin bulaq suyundan pərakəndə şəkildə istifadəsinə yol vermək olmaz: “Bəzi rayonlarda bulaqların suyu həyətlərə çəkilir. Bunun qarşısının alınması üçün mexanizm hazırlanmalıdır. Qanunlara dəyişikliklər zamanı bu da nəzərə alınmalıdır. Bulaq suyundan istifadənin normaları müəyyənləşməlidir”.
Amma deputat “problem”in həlli yolunu göstərməyib. Yəqin növbəti iclaslarda bulaqlara da sayğac qoyulması fikrini səsləndirər…
Qeyd edək ki, bundan əvvəl Nazirlər Kabineti meşələrdən cır meyvələrin, dərman bitkilərinin və s. toplanmasına görə cərimələrin üç dəfə artırılması haqda qərar vermişdi. Lakin qərar geniş ictimai rezonans, etiraz doğurdu və prezident İlham Əliyev tərəfindən ləğv edildi, yəni cərimələr artırılmadı. Daha sonra meşələrin hasarlanacağı açıqlandı…

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...