Son iki ayda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bərpa mərkəzlərində 1529 əlilliyi olan şəxsə reabilitasiya xidmətləri göstərilib
Bu kateqoriyadan olan şəxslərə 5841 reabilitasiya vasitəsi verilib
2019-cu ilin yanvar-fevral aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin bərpa mərkəzlərində 1529 əlilliyi olan şəxsə reabilitasiya xidmətləri göstərilib.
Qeyd olunan dövrdə Xidmətin Protez-Ortopedik Bərpa Mərkəzi tərəfindən 2098 nəfər əlilliyi olan şəxs (o cümlədən, ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş 272 nəfər) protez-ortopedik bərpa xidmətləri ilə təmin edilib. Həmin şəxslərə 125 əlil arabası, 184 aşağı və yuxarı ətraf, habelə döş protezi, 186 yuxarı və aşağı ətraf ortezi, 1400 müxtəlif reabilitasiya vasitəsi, 1379 cüt ortopedik və protez ayaqqabı, 242 dördayaqlı dayaq vasitəsi, 190 cüt qoltuqaltı ağac, 343 cüt dirsəkaltı ağac və s. verilib.
Ümumilikdə isə əlilliyi olan şəxslərin 5841 reabilitasiya vasitəsi ilə təminatı həyata keçirilib. 146 nəfərə Mərkəzin stasionar bölməsində reabilitasiya xidmətləri göstərilib.
AZƏRBAYCAN RESPUBLİKASI
ƏMƏK VƏ ƏHALİNİN SOSİAL MÜDAFİƏSİ NAZİRLİYİNİN
İCTİMAİYYƏTLƏ ƏLAQƏLƏR VƏ KOMMUNİKASİYA ŞÖBƏSİ

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək