Kolbasa və sosis bazarında biabırçı mənzərə... - Hansı yerli markaya güvənə bilərik?
7GUN.az-ın məlumatına görə “Sab”, “1000 bərəkət halal nemət”, “Sevimli Dad”, “Payım”, “Ovçular”, “Rosko”, “Ovqat”, “Cənnət” və digər adlar altında hazırlanıb satışa çıxarılan kolbosalar və sosislər bir çox hallarda insan orqanizminə zərərli təsirlər göstərir.
Bunun səbəbi kolbasa sexlərində antisanitar şəraitdə mənşəyi bilinməyən ət məhsullarının kağız-selliloz məmulatları ilə qarışdırılıb kolbasa və sosislər istehsal edilməsi ilə bağlıdır.
Bundan başqa, xarici ölkələrdən, xüsusilə, Ukraynadan və Hindistandan gətirilən keyfiyyətsiz qarışıq ət məhsulları kolbasa sexlərində daha çox istifadə olunur.
Təsadüfi deyildir ki, kolbasa sexlərinə verilən at və eşşək ətlərindən hazırlanan məmulatların mal əti kimi istehlakçılara satılmasının qarşısının allınmasından ötrü Qida Təhlükəsizli Agentliyi tərəfindən dəfələrlə karantin qoyulmuşdur.
Keçirilmiş baytarlıq-sanitariya ekspertizaları çərçivəsində həmin ət məhsullarında buruselliyoz, xilamidioz, pasteriloz və quduzluq törədən elementlər aşkarlanmışdır.
Ölmüş mal-qara və müxtəlif quş ətlərindən də kolbasa sexlərində istifadə edilməsi barədə məlumatlar vardır.
Yuxarıda göstərdiyimiz hallara görə insanların sağlamlığı üçün təhlükə mənbələrindən biri olan kolbasa və sosislər zaman-zaman ziyanlı təsirini göstərir.
Keyfiyyətsiz kolbasa məhsullarının və sosislərin istehsalına və istehlak bazarına çıxarılmasına aidiyyatı dövlət qurumları niyə ciddi münasibət göstərmirlər?!

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...