SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Nazir e-qaydada pensiya təyin olunmuş 5000-ci pensiyaçı ilə görüşüb

Nazir e-qaydada pensiya təyin olunmuş 5000-ci pensiyaçı ilə görüşüb

Tarix:

5-03-2019, 17:16

/ 1 081 dəfə oxundu.
Nazir e-qaydada pensiya təyin olunmuş 5000-ci pensiyaçı ilə görüşüb

Dövlət Sosial Müdafiə Fondunun “bir pəncərə” və “e-sosial” portalı əsasında xidmət göstərən müasir Qəbul Mərkəzi açılıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunda (DSMF) əhaliyə xidmətlərin innovativ üsullarla, “bir pəncərə” və “e-sosial” portalı əsasında, şəffaf və operativ şəkildə çatdırılması üçün yeni və müasir Qəbul Mərkəzi açılıb.

Nazirliyin mətbuat xidmətindən daxil olan məlumata görə, mərkəzin açılışında iştirak edən əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev dövlət sosial xidmətləri sahəsində innovativ yeniliklərin tətbiqi ilə şəffaflığın və ədalətliliyin təmin edilməsinin, vətəndaş məmnunluğuna nail olunmasının Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin islahatlar proqramının başlıca xətti olduğunu vurğulayıb.

Nazir deyib ki, təkcə son iki ayda nazirlikdə 5215 nəfər, DSMF-də isə 5348 nəfər vətəndaşın qəbulu həyata keçirilib. Ona görə də qəbul sahəsində xidmətin müasir şəkildə və vətəndaş rahatlığı prinsipi üzrə təşkili diqqətdə dayanır.

S.Babayev yeni Qəbul Mərkəzi, burada vətəndaşların müraciətlərinə baxılması prosesi ilə tanış olub. Mərkəzdə ilk növbədə vətəndaşların elektron növbəliliyi təmin edilir. Qəbula gələn vətəndaşlara əsas xidmət istiqamətləri - əmək pensiyaları, sosial müavinət və təqaüdlər, avtomobil və mənzil növbəliliyi, maddi yardım və sanator kurort yolllayışları üçün müraciət edilməsi, fərdi uçotla, eləcə də ünvanlı sosial yardımı ilə bağlı xidmətlər göstərilir, sualları cavablandırılır.

Tədbir çərçivəsində S.Babayev elektron qaydada pensiya təyin olunmuş 5000-ci pensiyaçı – Tahirov Ramiz Tahir oğlu ilə də görüşüb.

R.Tahirov heç bir sənəd toplamadan və heç bir yerə müraciət etmədən, 64 yaşının tamam olduğu gün - ad günündə ona elektron qaydada pensiya təyin olunmasından, bu barədə ona mesaj vasitəsilə məlumat verilməsindən məmnunluğunu bildirib. O, elektron qaydada belə rahat, şəffaf, çevik pensiya təyinatı mexanizmi yaradıldığına, eyni zamanda pensiyaların mütəmadi olaraq artırıldığına görə Prezident cənab İlham Əliyevə minnətdarlığını ifadə edib.
Nazir e-qaydada pensiya təyin olunmuş 5000-ci pensiyaçı ilə görüşüb
Nazir e-qaydada pensiya təyin olunmuş 5000-ci pensiyaçı ilə görüşüb
Nazir e-qaydada pensiya təyin olunmuş 5000-ci pensiyaçı ilə görüşüb

Şərhlər

XƏBƏR LENTİ