SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » YASAMALDAKI QANUNSUZ TİKİLİLƏR… – Cavabdeh dövlət məmurları hara baxır?

YASAMALDAKI QANUNSUZ TİKİLİLƏR… – Cavabdeh dövlət məmurları hara baxır?

Tarix:

1-03-2019, 11:05

/ 1 283 dəfə oxundu.
YASAMALDAKI QANUNSUZ TİKİLİLƏR… – Cavabdeh dövlət məmurları hara baxır?

Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyevin çıxışından bir faktı xatırlatmaq istərdim: “Bakı şəhərində və digər şəhərlərdə qanunsuz tikililərə son qoyulmalıdır”.

Dövlət başçısı bu sahədə müvafiq sərəncamın imzalandığını, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin icazəsi olmadan bir dənə də binanın tikilə bilməyəcəyini qeyd edib. Ölkə başçısının bu qaydanı pozanların cinayət məsuliyyətinə cəlb ediləcəyini və qanunsuz tikilən binaların dərhal söküləcəyini bildirib.

Yaxşı olardı ki, Azərbaycan Prezidentinin həmin iclasda dediklərini olduğu kimi diqqətinizə çatdırım: “Bakı şəhərində və digər şəhərlərdə qanunsuz tikililərə son qoyulmalıdır və son qoyulur. Müvafiq sərəncam imzalanıb, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin icazəsi olmadan bir dənə də bina tikilə bilməz. Bu məsələ ilə bağlı mən əvvəllər də fikirlərimi bildirmişəm. Bu gün deyə bilərəm ki, artıq bu məsələ öz həllini tapıb. Çünki əvvəlki dövrlərdə təqsiri bələdiyyələr rayon icra hakimiyyətlərinin, rayon icra hakimiyyətləri Bakı Şəhər İcra Hakimiyyətinin, Bakı Şəhər İcra Hakimiyyəti bələdiyyələrin, yəni, bir-birinin üstünə atırdılar. Amma əslində hamısı əlbir idilər. Çünki qanunsuz tikililərdən böyük qazanc əldə edirdilər. Buna son qoyulub, artıq sərəncam imzalanıb. Yəni bu qaydanı pozan cinayət məsuliyyətinə cəlb ediləcək və qanunsuz tikilən binalar dərhal söküləcək”.

Bu çıxışdan və qətiyyətli tapşırıqdan sonra güman etmək olardı ki, bəzi məmurlar, həmçinin şəhər ərazisindəki tikililərə nəzarət edən rayon icra hakimiyyəti və Bakı Şəhər İcra Hakimiyyətinin məsul şəxsləri özlərində bir məsuliyyət hiss edəcək və nəhayət, qanunsuz tikililərə “icazə” verməkdən vaz keçəcəklər. Keçmişdə buraxdıqları “səhvləri” düzəldəcək, vətəndaşlara problem yaradan qanunsuz tikilələr barədə düşünəcəklər. Ancaq, sən saydığını say… gör onlar nə sayır.
Yaxın günlərdə yolum Yasamal rayonundakı Ə.Ələkbərov küçəsindəki 510-cu məhəllədki 15 nömrəli binaya düşmüşdü. Həmin bina , demək olar ki, şəhərin mərkəzi hesab olunur. Bu binanın birinci mərtəbəsi ticarət obyektlərindən ibarətdir və insafən, qarşı tərəfi səliqəlidir. Anacq həmin binanın arxa tərəfinə keçdikdə isə… gördüklərinə inana bilmirsən. necə deyərlər, “Çölü bəzək, içi təzək”. Birinci mərtəbə başdan- başa beşmərtəbəli binaya yamaqdı. Kimin kefi necə istəyibsə, elə də artırma edib. Həmin artırmalar II mərtəbədə yaşayanlar üçün ciddi problem yaradıb. Ancaq bu barədə heç kim düşünməyib.

İkinci mərtəbədə yaşayanların sözünə, şikayətinə baxan kimdir? Nə istəyirsən tik, necə istəyirsən tik. Heç layihə də lazım deyil. Təki.. Bunu Yasamal rayonundakı Ə.Ələkbərov küçəsindəki 510-cu məhəllədki 15 nömrəli binaya baxanda da açıq şəkildə görmək mümkündür. Beşmərtəbəli binanın arxa hissəsnidə birinci mərətbəyə vurulmuş “yamaqlara”, qanunsuz tikililərə baxanda, fikirləşirsən ki, görəsən bu tikiləlri görən olmayıbmı? Axı indi həyətində bir toyuq damı tikəndə həm rayon icra hakimiyyıətinin, həm də Bakı Şəhər İcra Hakimiyyıtinin məsul şəxsləri dərhal başının üstünü kəsdirir. Bəs bu qədər qanunsuz tikilini görən olmayıbmı? Axı bura nə Əhmədli, nə Suraxanı, nə Qaradağ, nə də gözdən uzaq digər Bakıətrafı qəsəbə deyil. Şəhərin lap mərkəzidir.
Binanın sakini Mirzəyeva Ədilə Niyaz qızı ilə söhbət edirik. Deyir ki, mənim mənzilimin iki pəncərəsinin altından qanunsuz anbar tikilib. Bu tikili binaya yamaq vurulub. Həmin tikilidən sonra ev sahibinin qara günləri başlayıb. Çünki qeyri-qanuni tikilinin üzərinə çıxaraq, çox asanlıqla mənzilə oğurluğa girmək mümkündür. Bu tikili oğrular üçün çox əlverişli şərait yaradılıb. Bundan əlavə, həmin tiklinin üstündən, mənzilin pəncərələrinin altından müxtəlif kabellər çəkilib. Bu da ciddi təhlükə törədə bilər. Artıq həmin tikilidən sonra mənzildə bir dəfə oğurluq olub. Bu barədə ərazinin Polis şöbəsində də məlumat var. İndi mənzil sahibinin öz evində rahat yaşaması üçün ciddi təhlükə yaranıb. Kimlərsə hər an mənziliə girə bilər. Bu, şahidi olduğumuz hadisənin yalnız biridir.

Belə qeyri-qanuni tikililər sakinlər üçün ciddi təhlükə və qorxu yaradır. Həmin tikiliyə “icazə verən” , daha dəqiq desək, göz yuman dövlət məmurunun nə vecinə ki, kiminsə mənzilindən oğurluq və ya kiminsə evinə gecədən xeyli keçəndən sonra basqın oldu. Bu şəraiti yaradan, daha doğrusu, qanunsuz tikiliyə göz yuman dövlət məmuruna nə ad vermək olar? O, hansı haqla tutduğu vəzifəyə layiqdir.
Prezident İlham Əliyevin qanunsuz tikililərin qarşısının alınması barədə verdiyi tapşırıqlra əməl etməyən, sakinlərin narahatlığı naminə adını “gecəqondu” qoyan, (əslində, bu “gecəqondulara” da şəraiti yaradan özləridir) qanunsuz tikilələrə göz yuman dövlət məmuru daşıdığı vəzifənin məsuliyyətini dərk edirmi?

Görəsən bu acınacaqlı vəziyyətlər çoxmu davam edəcək. Sakinlər ümid edirlər ki. Yasamal rayonundakı Ə.Ələkbərov küçəsi 510-cu məhəllədki 15 nömrəli binada da bu acınacaqlı mənzərənin yaranmasına imkan verən, onların rahatlığını pozmağa şərait yaradan məsul şəxslər gec-tez qanun qarşısında cavab verəcəklər. Çünki onlar Azərbaycan Prezidentinin qanunsuz tikililərin qarşısınn alınması barədə verdiyi tapşırıq və göstərişlərə hörmtsizlik edirlər.

Əliqismət BƏDƏLOV,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Şərhlər

XƏBƏR LENTİ