POLİS RƏİSİNİN OBYEKTİNDƏ QANUNSUZ YOL NİŞANI - Foto
Bakının “Şamaxinka” kimi tanınan ərazidə qanunsuz yol nişanının quraşdırılması ilə bağlı tədbir görülüb.Publika.az xəbər verir ki, Moskva prospektinin 20 Yanvar küçəsi ilə kəsişməsində yerləşən “Tantuni köz dönər” kimi tanınan obyektin sahibi qanunsuz parkinq nişanı quraşdırdığı üçün Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılıb. Obyektin inzibatçısı Ziyafət Murtuza oğlu Mikayılov barəsində İnzibati Xətalar Məcəlləsinin 354-cü maddəsinə əsasən 400 manat məbləğində cərimələnib. Həmçinin qanunsuz quraşdırılmış nişan ərazidən götürülüb.
Bildirilir ki, qanunsuz parkinq nişanı quraşdırmış obyektin sahibi bir vaxtlar Bakının məşhur polis rəislərindən olan Məmməd Mikayılovdur. O, Suraxanı, Xətai, Nəsimi rayonlarının polis rəisi olub, eləcə də İnterpolun Bakı bürosuna rəhbərlik edib. Obyektin inzibatçısı dı M.Mikayılovun yaxın qohumudur.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...