“Azəriqaz”da kütləvi “təmizləmə” - BİR GECƏDƏ DEPARTAMENT RƏSİLƏRİ “VURULDU”
Dünən gecə Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyində bir neçə yüksək vəzifəli şəxs qəfil işdən azad edilib. Bu barədə “Azəriqaz”ın adının çəkilməsini istəməyən yükəsk vəzifəli işçilərindən biri məlumat verib. Məlumatda qeyd olunur ki, “Azəriqaz”ın baş direktoru Əkbər Hacıyev bir gecədə birliyin Hüquq Departamentinin rəisi Elbrus Məmmədovu, Bakı Sayğaclaşdırma Departamentinin rəisi Elşən Quliyevi, Bakı İstismar Departamentinin rəisi Osman Behbudovu, həmin idarənin baş mühəndisi və “Azəriqaz”ın bir neçə regional idarələrinin rəislərini onların özünə demədən işdən azad edib.
Bu gün səhər işə gələn həmin şəxslərə artıq bu qurumdan kənarlaşdırıldıqları barədə xəbər verilib. Məlumatda bildirilir ki, baş direktor bu əmri verərkən, Əmək Məcəlləsinin tələblərini kobud şəkildə pozub.
Gununsesi.info-nun əməkdaşı qurumdakı kütləvi işdən çıxarılmaların səbəbini öyrənmək üçün baş direktor Əkbər Hacıyevlə əlaqə saxlamağa çalışsa da buna nail ola bilməyib.
“Azəriqaz”da baş verənlərlə bağlı gün ərzində maraqlı xəbərləri təqdim edəcəyik.
Gununsesi.info

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...