Saytlara nə zaman maliyyə ayrılacaq?
- 4-02-2019, 11:34
- 866
Bunu Modern.az-a açıqlamasında deputat, Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib.
O bildirib ki, bunun üçün müəyyən mexanizm işləmək lazımdır.
“Mənə elə gəlir ki, bunun üçün təcili olaraq onlayn media ilə bağlı qanun qəbul edilməlidir. Yardımın verilmə prinsipləri, meyarlar müəyyənləşməlidir. Meyarlar müəyyənləşəndən sonra əlbəttə, onlayn media mütləq maliyyələşməlidir və maliyyələşəcək.
Hazırda saytlara vəsaitlərin ayrılması məsələsi müzakirə olunur. Forma müəyyənləşəndən sonra mən elə hesab edirəm ki, bu ayrılacaq”.
Deputat qeyd edib ki, saytlara maliyyə ayrılması məsələsinin nə zaman reallaşacağını söyləmək çətindir.
“Hazırda qanun layihəsi üzərində iş gedir. İşlər yekunlaşandan sonra müvafiq komitələrə təqdim olunacaq”.