Saytlara nə zaman maliyyə ayrılacaq?
“Saytların maliyyələşməsi məsələsi uzun müddətdir ki, gündəmə gətirilib. Milli Məclisdə də bu məsələ dəfələrlə qaldırılıb. Əgər ictimai fikir onlayn media vasitəsi ilə yayılırsa, formalaşırsa, onda saytların maliyyələşməsi məsələninin artıq vaxtı çatıb. Bu da həyata keçiriləcək”.
Bunu Modern.az-a açıqlamasında deputat, Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib.
O bildirib ki, bunun üçün müəyyən mexanizm işləmək lazımdır.
“Mənə elə gəlir ki, bunun üçün təcili olaraq onlayn media ilə bağlı qanun qəbul edilməlidir. Yardımın verilmə prinsipləri, meyarlar müəyyənləşməlidir. Meyarlar müəyyənləşəndən sonra əlbəttə, onlayn media mütləq maliyyələşməlidir və maliyyələşəcək.
Hazırda saytlara vəsaitlərin ayrılması məsələsi müzakirə olunur. Forma müəyyənləşəndən sonra mən elə hesab edirəm ki, bu ayrılacaq”.
Deputat qeyd edib ki, saytlara maliyyə ayrılması məsələsinin nə zaman reallaşacağını söyləmək çətindir.
“Hazırda qanun layihəsi üzərində iş gedir. İşlər yekunlaşandan sonra müvafiq komitələrə təqdim olunacaq”.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək