Novruz bayramı üçün quraşdırılmış çadırlarda oyuncaq satılır - VİDEO
Paytaxtda bayram yarmarkaları üçün quraşdırılan çadırlar bir neçə gündür fəaliyyətə başlayıb. Əsasən, metro stansiyalarının yaxınlığında quraşdırılan çadırlar bayram məhsullarının - səməni, qoz-fındıq, müxtəlif çərəzlərin, bayram şirniyyatlarının satılması üçün nəzərdə tutulub. Bu çadırların fəaliyyətində əsas məqsəd bayram məhsullarının əhaliyə nisbətən ucuz qiymətə satılmasıdır.
Lakin bəzi çadırlarda, demək olar, Novruz bayramına aid heç bir məhsul satılmır. Məsələn, metronun "Elmlər Akademiyası" stansiyasının qarşısında quraşdırılan yarmarka çadırında satılanlar heç gündəlik tələbat malları da deyil. Burada əsasən qab-qacaq, müxtəlif növ güllər, oyuncaqlar, hədiyyələr satılır.
Çadırın Novruz bayramı yarmarkası olduğunu təsdiqləyən yeganə məhsulun - səməninin qiymətinə gəlincə, bazarlarda 50 qəpiyə satılan kiçik ölçülü səməni bu bazar çadırında 1 manata, nisbətən böyük ölçülü səməni isə 2 manata satılır.
Məsələ ilə bağlı açıqlama verən Bakı Şəhər İcra Hakimiyyətinin Xidmət və Ticarət Departamentinin mətbuat xidmətinin rəhbəri Əlabbas Bağırov bu cür hallarla bağlı təmsil etdiyi qurumun mübarizə apardığını bildirib.
Onun sözlərinə görə, həmin yarmarka çadırlarında bayram məhsullarından başqa malların satılması qadağandır:
"Bu məsələ ilə bağlı departament rəhbərliyi tapşırıq verib və həmin çadırlara da nəzarət edilir. Bu çadırları quraşdırmaqda məqsəd odur ki, Novruz ərəfəsində əhali bayram ədviyyatlarını, çərəzləri, bayram atributlarını nisbətən ucuz qiymətə alsın. Yəni bazarda satılan hər hansısa bir çərəz bu yarmarkalarda, məsələn, 2 manat ucuz satılmalıdır ki, əhali də bundan razı qalsın".
Ə.Bağırov bildirib ki, məsələ ilə bağlı departament tərəfindən araşdırma aparılacaq və ölçü götürüləcək.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək