Qurdlanmış “SƏBA“ toyuq ətləri – ŞOK FOTOLAR
“SƏBA” Açıq Səhmdar Cəmiyyətinın quşçuluq təsərrüfatlarında yetişdirilib satışa çıxarılan toyuq ətinin bir hissəsi Bakıdakı marketlərdən yığışdırılıb.
“AzPolitika.info”ya daxil olan məlumatda bunun səbəb kimi, “Səba” markalı toyuq ətlərinin qurdalanmış olması göstərilib.
Məlumatı dəqiqləşdirmək üçün bizə təqdim olunmuş fotosübutla birlikdə “Səba”nın Baş ofisinə yazılı sorğu ünvanlasaq da, 3 gün ərzində cavab verilmədi.
Xatırladaq ki, ekspertlər dəfələrlə Azərbaycanda bəzi quşçuluq təsərrüfatlarında yetişdirilən toyuq ətinin insan sağlamlığı üçün təhlükəli ola biləcəyinə dair xəbərdarlıq ediblər. Bunun səbəbi kimi isə toyuqların yemlənməsi zamanı genetik modifikasiya olunmuş (GMO) bitkilərdən hazırlanmış yemdən istifadə olunması göstərilib. Belə yemdən istifadə edən şirkətlərdən biri də “Səba” ASC-dir.
Belə ki, “Səba” ASC toyuqlar üçün xaricdən alınan yemin çox baha başa gəldiyini nəzərə alaraq “Monsanto” şirkətinin hibrit qarğıdalı sortunun yetişdirilməsinə başlayıb. Məlumata görə, ABŞ-ın “Monsanto” şirkətinin hibrit qarğıdalı sortu “Səba” istehsalat müəssisəsinin sifarişi əsasında “Qarabağ-taxıl” MMC tərəfindən əkilib. “Səba” şirkətinin bu layihəsinin maliyyələşdirilməsi üçün Sahibkarlığa Kömək Milli Fondundan 5 milyon manat güzəştli kredit ayrılıb.
Belə ki, “Səba” ASC toyuqlar üçün xaricdən alınan yemin çox baha başa gəldiyini nəzərə alaraq “Monsanto” şirkətinin hibrit qarğıdalı sortunun yetişdirilməsinə başlayıb. Məlumata görə, ABŞ-ın “Monsanto” şirkətinin hibrit qarğıdalı sortu “Səba” istehsalat müəssisəsinin sifarişi əsasında “Qarabağ-taxıl” MMC tərəfindən əkilib. “Səba” şirkətinin bu layihəsinin maliyyələşdirilməsi üçün Sahibkarlığa Kömək Milli Fondundan 5 milyon manat güzəştli kredit ayrılıb.
Məsələnin narahatlıq doğuran tərəfi isə odur ki, ABŞ-ın “Monsanto” şirkəti dünyada genetik modifikasiya olunmuş (GMO) məhsulların əsas istehsalçısı kimi tanınıb. Bu şirkətin hazırda dünyanın 71 ölkəsində, o cümlədən də region ölkələrində – Rusiya, Türkiyə, Qazaxıstan, Özbəkistan, Ukrayna və Belarusda nümayəndəlikləri fəaliyyət göstərir. Ölkəmizdə “Monsanto” şirkətinin fəaliyyət göstərməməsinə əsas səbəb kimi Azərbaycana GMO-lu məhsulların gətirilməsinin qadağan edilməsi göstərilir. Ekspertlər “Səba” şirkətini bu məhsulu başqa ad altında ölkəyə gətirməkdə itiham ediblər.
Qeyd edək ki, “Səba” İstehsalat Birliyinin nümayəndəsi istehsal etdikləri qarğıdalıların GMO tərkibli olmadığını iddia edib. Ancaq şirkətin məhsulları ilə bağlı yayılan son məlumatlar, istər-istəməz ekspertlərin narahatçılığını yada salır.
“AzPolitika.info”



Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək