SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Xəzər rayonunda qanunsuz torpaq biznesi

Xəzər rayonunda qanunsuz torpaq biznesi

Tarix:

18-01-2017, 11:11

/ 2 770 dəfə oxundu.
Xəzər rayonunda qanunsuz torpaq biznesi

Bir müddət əvvəldə saytımızda xəbər getdi ki, Bakının Xəzər rayonunda bir qrup vəzifəli şəxs əhalini aldadaraq saxta sənədlər verirlər.
Bu saxtakar qruplaşma “peşəkarlıqla,” işlədiklərini zənn edərək, Xəzər rayonu Binə qəsəbə sakinlərinə əzab-əziyyət verir.
Ölkədə vətəndaşların sosial müdafiəsi və mənzil şəraitinin yaxşılaşdırılması üçün lazımi tədbirlər görülsə də, Xəzər rayonunda bəzi məmurlar bu vəziyyətdən sui-istifadə etməklə məşğuldur. Vətəndaşlar qanunla ayrılmış torpaq sahələrini almaq üçün illərlə süründürülür, nəzərdə tutulan torpaq sahələri it-bata düşür və sair. Buna səbəb isə həmin ərazilərə nəzarət edən məmurlarıın tamahı və şəxsi maraqlarıdır. Hüquqlarını bilməyən bəzi vətəndaşlar məmurlar tərəfindən hədə yolu ilə, sıxışdırımaqla süründürülür.
Xəzər rayon İcra Hakimiyətinin Təsərrüfatı Şöbəsinin memarı Tural Zeynalov çıxışında bir daha təsdiq etdi ki, sənəd saxtakarlığına yol verib. Doğrudur saxta sənəd verdiyini təsdiq etmir. Əsas odur ki, Binə qəsəbəsi Hövsan Südçülük Sovxozu Abşeron rayon İcra Hakimiyyətinin ərazisidir. Buradan bir sual yaranır bəs həmin əraziyə Tural Zeynalov necə sxem verə bilib? Çox düşündürücü bir sualdır. Yaxşısı budur ki, Tural Zeynalovun şəxsən özündən bu haqda danışdıqlarını dinləyək…
Xəzər rayon İcra Hakimiyətinin Təsərrüfatı Şöbəsinin Memarı Tural Zeynalova bu boyda səlahiyyətləri verən kimdir?
Binə qəsəbəsində torpaqla bağlı problemli məsələni mütləq ciddi şəkildə məhkəmə qaydasında araşdırılmasına başlanmalıdı: Yoxsa kasıb vətəndaşların çoxu aldana bilər bu şəxslərə. Həmin şəxslər Xəzər rayonu Binə qəsəbəsi üzrə nümayəndəsi Tahir Əliyev, İcra numayəndəliyində mühəndis işləyən Həmzə, Xəzər rayon İcra Hakimiyətinin Təsərrüfat Şöbəsinin memarı Tural Zeynalov, Xəzər rayon İcra Hakimiyəti başçısının Muavini Vaqif Həsənovdur. Bu şəxslər Abşeron rayon İcra Hakimiyyətinə məxsus olan Hövsan Südçülük Sovxozunun ərazi torpaqlarında yaşayan kasıb sakinlərin qanuni torpaq sənədlərini əsassız hesab edərək zor gücü ilə Xəzr rayon İcra Hakimiyyətinin balansında olduğunu deyirlər. Əgər həmin torpaqlar Abşeron rayon İcra Hakimiyyətinin səlahiyyətində deyilsə, bəs niyə Xəzər rayon İcra Hakimiyyətinin Binə Qəsəbəsi üzrə numayəndəliyində və Binə Bələdiyyəsində həmin torpaq sahələrinin xəritəsi yoxdur? Bəs hansı əsasla hansı ərazidə hansı vətəndaşın neçə sot torpağı olduğunu müəyyənləşdirir bu şəxslər?
Xəzər rayon İcra Hakimiyyətinin Binə Qəsəbəsi üzrə Nümayəndəliyinin rəhbəri Tahir Əliyev bildirir ki, işlədiyi müddətdə bu qurumda sözügedən torpaq xəritəsini görməyib.

Tahir Əliyevdən soruşduqda ki, bəs torpağın sxemini (cizgini) necə verirsiniz? Bəs necə təyin edə bilirsiniz ki, həmin Hövsan Südçülük Sovxozu ərazisində olan hansı torpaq sahəsi kimindir ? Bütün bu suallara Tahir Əliyev özünə məxsus şəkildə cavab verdi:
“Demək həmin ərazidə yaşayan vətəndaş mənə muraciət etdikdə mən gedirəm ya onlara, yada ki, kompyuter və internet olan bhir yerə Bax o kompyuter vasitəsilə internetdən istifadə edərək həmin torpağın cizgisini açıram və həmin vətəndaşa deyirəm ki, gör burada hansı tərəfdə yerləşir sənin torpağın? Vətəndaşda mənə öz ərazisini kompyuter vasitəsilə göstərir məndə onun göstərdiyi ərazinin sxemini printerdən çıxardıram və təsdiq edirəm öz imzamla, dövlətin mənə etibar etdiyi, inanıb verdiyi həmin möhür vasitəsilə”. Bu zaman belə bir sual yaranır ki, ola bilər həmin vətəndaş yalandan deyər ki, filan ərazi mənimdir, yaxudda sxem məsələsindən anlayışı olmaya bilər.
T.Əliyevin bu suala da cavabı var: ” O zaman vətəndaşla gedirəm vətəndaşın dediyi torpaq ərazisinə vətəndaş ona məxsus ərazini göstərir və deyir ki, bura mənimdir. Əsas vətəndaşın dediyidir mənim üçün önəmli. Yenədə imza atıb peçat vururam həmin sxemə və sonra həmin sxem Xəzər rayon İcra Hakimiyətinin Təsərrüfatı Şöbəsinin memarı Tural Zeynalov tərəfdən təsdiqlənir.

Qeyd edək ki, Xəzər rayonunda bu cür hallar tez-tez baş verir. Redaksiyamıza müraciət edən Bİnə qəsəbəsi sakini Mahir Cəbiyevin də torpağı əlindən zorla alınaraq digər bir vətəndaşa saxta sənədlə verilib. Torpaq sahəsi qanuni ayrıldığından Mahir Cəbiyev 0.8 hektar torpaq sahəsini daş hasara alaraq torpaqdan bir müddət istifadə edib. 2014-cü ilə qədər torpaq sahəsinə heç bir iddia olmayıb. Amma, elə iş də 2014-cü ildən sonra başlanıb. Yəni, torpaq sahəsinin başqa şəxsə verilməsi barədə saxta qərar çıxarılaraq ərazi Mahir Cəbiyevdən alınıb. Elə həmin vaxt məlum olub ki, qəsəbə məmurları adıçəkilən ərazini başqa şəxsə satıb: “Amma sonradan məlum oldu ki, Xəzər rayon İcra Hakimiyyəti başçısının muavini Vaqif Həsənov və Xəzər rayon İcra HakimiyyətininTəsərrüfatı Şöbəsinin memarı Tural Zeynalov Xəzər rayonu Binə qəsəbə sakini Mahir Cəbiyevi aldadıblar. Bu rayonun İcra Hakimiyyəti başçısı Gülağa İslamovun muavini Vaqif Həsənov qardaşlarına güvənərək Xəzər rayonunda istədiyini edir. Amma onun da dirənə biləcəyi yerlər varmış”.
Mahir Cəbiyev bildirir ki, məsələ ilə bağlı dəfələrlə rayon icra hakimiyyətinə müraciət edib. Lakin, yerli məmurlar müraciətin rayonun icra başçısı Gülağa İslamova çatmasına imkan vermir: “Şikayətlərim aşağıda cırılıb atılır, başçıya çatmasına imkan vermirlər. Bilirlər ki, iş böyüsə, onların başqa maxinasiyaları da üzə çıxacaq. Ona görə də, məni hər dəfə bir adla aldadırlar ki, şikayət etməyim. Saxta sənəd köhnə tarixlə rəsmiləşdirilib.
Mən nə qədər 0.8 hektar torpağım üçün sahənin sxemini tələb etsəm də, sənədi vermirlər. Nə icra nümayəndəsi sənədi mənə verir, nə bələdiyyə. Həmişə eyni sözü deyirlər ki, ərazinin kartası bizdə yoxdur bizə ümumiyyətlə karta verilməyib. Bilirlər ki, sənəd saxtadır və bu sənəd araşdırılsa heç bir hüquqi əsası yoxdur. Bu yolla Xəzər rayon məmurları məni aldadır, get-gələ salır”.
Mahir Cəbiyev deyir ki, Binədə onun kimi onlarla insan aldadılıb və torpaq sahəsi saxta sənədlərlə əlindən alınıb başqa adamlara satılıb. Hazırda onlarla ailə qanuni mülkiyyətindən çıxarılıb. Səbəb isə məmurların torpaq maxinasiyası və rüşvətxorluğudur. Çarəsiz qalan Mahir Cəbiyev məsələ ilə bağlı prezident İlham Əliyevə müraciət edib. O dövlət başçısından pozulmuş mülkiyyət hüququnun bərpa olunmasını və özbaşına məmurların saxtakarlığı barədə tədbir görülməsini xahiş edir: “Möhtərəm prezidentimiz İlham Əliyev daim ölkə vətəndaşlarının, imkansızların hüquqlarının qorunması üçün tədbir görüb, insanların sosial rifahının yaxşılaşdırılmasına çalışıb. Cənab prezidentdən xahiş edirəm ki, Xəzər rayonu Binə qəsəbəsində korrupsiyalaşmış məmurlar barədə də tədbir görsün. Son ümidim prezidentədir”.
Göründüyü kimi, bu cür saxtakarlıqların üstü açılarsa, Vaqif Həsənovun, Tural Zeynalovun Tahir Əliyevin və bununla yanaşı eyni zamanda Həmzə adlı mühəndisin bu yaxınlarda başını ağrıdacaq çox ciddi bir hadisənin olacağı gözlənilir. Realnewsinfo.com xəbər verir ki, bu şəxslərin başını ağrıdacaq əsas məqam satılmış torpaqlara görə verilən bir çox sərəncamların saxta olmasının üzə çıxa biləcəyidir.
Yaxın günlərdə bu cür «sənəd» verilən ərazilərlə bağlı geniş məlumat verəcəyik. Qanunvericiliyə əsasən bələdiyyələr torpağı hərrac yolu ilə sata bilərlər. İddia olunur ki, Binə qəsəbəsində satılmış torpaqlara görə verilmiş sərəncamların bəziləri saxtadır.
Bununla bağlı Xəzər rayonu İcra Hakimiyyətində olduq. Xəzər rayon İcra Hakimiyyətinin Sənədlərlə və Vətəndaşların Müraciətləri ilə İş Şöbəsinin müdiri Tahirə Rzayevanın sözlərinə görə, Binə qəsəbəsində Hövsan Südçülük Sovxozu Xəzər rayonunun deyil, Abşeron rayon İcra Hakimiyyətinin ərazisidir.

T.Rzayeva bir daha vurğuladı ki, Xəzər rayon İcra Hakimiyyətinin Təsərrüfat şöbəsi Abşeron rayonu Hövsan Südçülük Sovxozunun ərazisindəki torpaqlara heç bir sənəd verə bilməz. Əgər belə bir aşkarlansa, bununla bağlı Xəzər rayon İcra Hakimiyyətinin başçısı Gülağa İslamov tərəfdən tapşırıqlar və mühüm göstərişlər veriləcəkdi: “Hovsan Südçülük Sovxozu haqda bizə heç bir qanuni göstərişlər verilməyib. Bununla bağlı Abşeron rayon İcra Hakimiyyətinə gedsəniz daha yaxşı olar”.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Şərhlər

XƏBƏR LENTİ